Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (22-11-2016, 15:14)
“Ofisə MTN əməkdaşları gəldiyini eşitdim” - "Yanan bina işi"

Bu gün ötən il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Mediatv.az:  Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Prosesdə əlavə şahid qismində “Global Construction” MMC-nin dizayn şöbəsinin rəisi Namiq Əliyev dindirilib.  O, ifadəsində 2007-ci ildən etibarən adıçəkilən MMC-də çalışıb. “Global Construction” şirkətinin bütün işlərinin beynəlxaq standartlara uyğun həyata keçirildiyini deyən şahid görülən işlərin hamısının yoxlanıldığını məhkəmənin diqqətinə çatdırıb: ”İşlərin keyfiyyəti həmişə yoxlanılırdı.   Şirkətin təsisçiləri Miryusif müəllimlə Hüseynbala müəllim olub. Onlar müəssisənin idarə olunmasına müdaxilə etməyiblər. Mənə hər hansı göstəriş verməyiblər. Hər ikisini yalnız illik tədbirlərdə görmüşəm.

Bundan sonra şahid vəkillərin suallarını cavablandırıb. Vəkil İlhamə Həsənova şahiddən yanğın baş verən zaman harada olduğunu soruşub. N.Əliyev yanğın zamanı ofisdə olduğunu, xəbəri eşitdikdən sonra hadisə yerinə getdiyini bildirib: ”Həmin gün ofisə geri qayıtmadım. Sonradan bu barədə eşitdim. Öyrəndim ki, ofisə MTN əməkdaşlaır gəliblər, heç kimi içəri buraxmırlar“.

Şahid sualları cavablandırarkən həmçinin qeyd edib ki, həmin binalarda təmir işləri başa çatdırılıb, sifarişçiyə təhvil verilib. Təhvil-təslimdə iştirak etməyib: ”Təmir işləri başa çatdı. Texniki istehsalat şöbəsinin mühəndisləri Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə “Forma-2” hazırladılar. Hər mühəndis öz sahəsinə nəzarət edirdi. Qarşı tərəfin mühəndisləri də çox idi. Həmin şəxslərin öz imzaları da var”.

Vəkilin “Əgər hər hansı bir irad olsaydı sizə “Forma 2“ verərdilərmi?” sualına şahid “Xeyr, belə bir şey olmayıb. İrad olanda dərhal müdaxiə edilirdi”, - cavabını verib.

Şahid əlavə olaraq deyib ki, binaların üzlənməsi ilə yanaşı işıqlandırma işlərini də həyata keçiriblər.

Prosesə sabah davam edəcək.

Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçilərindən biri Mahmudov Miryusif Mircəfər oğlu, “Qlobal Stone” MMC-in keçmiş sədr müavini Əsgərov Ələkbər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024