Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (1-11-2016, 13:33)
“MTN-in əməkdaşının dindirilməsi vacibdir”- Məhkəmə

yanan_bina_xaleddin_isgenderov

Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunan “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Mediatv.az:  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Lalə Hüseynova ifadə verib. O, bildirib ki, yanan binada evi olsa da orda yaşamayı. Evi isə 1995-ci ildə alıb: “Kirayə vermişəm. Mənə dəymiş ziyanı dövlətimiz ödəyib. Heç bir şikayətim yoxdur. ” Hakim bildirib ki, zərərçəkmişlərdən – Amilə Kişiyeva, Mirnizam Həbibov, Toğrul Bağırov və Mübariz Səmədov ölkə hüdudlarından kənardadır: “Həmin şahidlərin Azərbaycandan kənarda olması barədə sənədlər əldə etmişik, telefonla həmin şəxslərə danışmışıq. Lakin onların prosesə gətirilməsi mümkün deyil. Bundan əlavə bir neçə şahid prosesə gəlmir. Onların da barəsində məcburi gətirilmə barədə qərar çıxarılıb və müvafiq polis idarələrinə göndərilib”.

Əfqan Hacıyev qeyd edib ki, iş üzrə adı keçən şahid Xəyyam Babayev məhkəməyə teleqrama vurub: “Şahid istintaqa verdiyi ifadəsini təsdiqlədiyini, prosesdə iştirak edə bilməyəcəyini qeyd edib”. Miryusif Mahmudovun vəkili İlhamə Həsənova bildirib ki, şahid Xəyyam Babayev keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşıdır və onun dindirilməsi vacibdir. Proses noyabrın 3-də davam edəcək.
Qeyd edək ki, keçən il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib. A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib. (lent.az)

 

шаблоны для dle 11.2

Xəbər lenti
15 05 2024
15 05 2024
15 05 2024
15 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024