Mediatv.az-ın məlumatına görə, bunu Ermənistanın hakim Respublika partiyasının deputatı Levon Martirosyan deyib.
Erməni deputatın fikrincə, danışıqlar prosesinə xüsusi status qarşılığında Azərbaycana bəzi ərazilərin qaytarılması daxildir.
“Biz müəyyən vaxtda kompromisin əldə olunacağını istisna etmirik. Bəzi əraziləri Azərbaycana güzəştə getməklə Qarabağ əhalisinə sabit və zəmanətli təhlükəsizlik verə və bölgənin statusunu müəyyənləşdirə bilərik. Burada yeni və narahatlığa əsas verə biləcək heç nə yoxdur”, - deyə deputat vurğulayıb.