Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (9-11-2015, 21:26)
“G-20”-nin “ən bahalı qonağlar”ı ruslar və braziliyalılar olacaq – FOTOLAR

4745

Antalya tarixinin ən böyük beynəlxalq tədbirinə hazırlaşır. Noyabrın 15-16-da Türkiyənin turizm cənnəti olan Bələkdə dünyanın ən güclü iqtisadiyyatını təmsil edən ölkələrin  – G-20-nin zirvə toplantısına hazırlıqlar artıq tamamlanmaq üzrədir. 
Mediatv.az Hurriyet.com-a istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Ovamadan başqa digər prezidentlərin və heyətlərin qalacaqları otellər müəyyənləşdirilib. B.Obamanın harada qalacağı onun Antalyaya gəlişindən bir neçə dəqiqə öncə açıqlanacaq.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlunun rəhbərlik etdiyi Türkiyə heyəti üçün Regnum Carya Oteldə yer ayrılıb.
Digər ölkələrin təmsilçiləri üçün də Bələyin lüks otelləri müəyyən edilib və seçim imkanı ölkələrə verilib. Türkiyə mediası yazır ki, Rusiya heyəti hər zaman olduğu kimi, ən lüks otellərdən birini seçib.
R.Ə.Ərdoğan artıq zirvə görüşünə hazırlıqlarla yerində tanış olmaq üçün noyabrın 10-da Antalyaya gedəcək. Artıq onun təhlükəsizlik xidmətinin əməkdaşları, eləcə də prezidenti müşayiət edəcək nəqliyyat vasitələri Antalyadadır.
Musavat.com hurriyet.com-a istindən heyətlərin qalacaqları otelləri və onların dəniz mənzərəli otaqlarının 1 gecəlik qiymətlərini təqdim edir:
Maxx Royal – (Rusiya, Braziliya), 424 avro;
Titanic Deluxe – (Yaponiya, Avstraliya), 385 avro;
Sueno Otel – (Çin), 322 avro;
Spice Hotel – (İtaliya, Hindistan), 322 avro;
Regnum – (ABŞ, Türkiyə), 305 avro;
Cornelia Diamond – (Güney Koreya), 220 avro;
Ela Quality – (Kanada), 189 avro;
Kempinski The Dome – (Almaniya), 141 avro;
Bellis Deluxe – (Meksika, Fransa, İspaniya), 118 avro;
IC Hotel – (İndoneziya), 112 avro;
Susesi Luxury – (Malayziya, Aregntina), 90 avro;
Sirene Belek – (Güney Afrika), 80 avro…
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024