Gündəm / Slayd (5-01-2015, 15:58)
Adil Vəliyev yaşıllıq qatilinə çevrilir
Bakıxanovda yerləşən «Şərq şirniyyatı» dükanının ətrafındakı uca ağaclar kökündən kəsilib
Paytaxt Bakıda yaşıl soyqırım davam etməkdədir.
İstirahət günü, yaxud da bayramlardan istifadə edən iş adamları vəzifəli şəxslərin razılığı əsasında ağaclara qarşı vandalizm siyasəti yürütməkdə davam edirlər. Belə məkanlardan biri də Sabunçu rayonunda yerləşir. Sərhəd.info-nun əldə etdiyi məlumata görə, Adil Vəliyev rayona icra başçısı təyin olunduqdan sonra rayon ərazisində bir sıra işlər görməyə başladı.
Belə işlər içərisində abadlıq-quruculuq işlərini həyata keçirməklə yanaşı, xoşagəlməzliklərə də imza atıb. Belə ki, Bakıxanov dəmiryol stansiyasında yerləşən və vaxtilə «Şərq şirniyyatı» kimi tanınan obyekti sökdürərək yerində daha görkəmli obyekt inşa etdirdi. Təbii ki, bu, alqışlanandır. Lakin obyektin inşasının tamamlanmasına az qalmış onun ətrafında olan və uzun illər öncədən əkilmiş uca küknar ağacları ya gecəikən, ya da istirahət və bayram günlərinə salınaraq dibindən kəsildi. Təbii ki, bu işlər dəmir lövhələrin arxasında həyata keçirildi. Vaxtilə yaşıllıqları ilə göz oxşayan və Abbasqulu Ağa Bakıxanov parkı ilə üzbəüz yerləşən «Şərq şirniyatı» dükanının ətrafındakı yaşıllıqlar artıq yoxdur. Əməkdaşımızın əldə etdiyi məlumata görə, yaşıllığın məhvinə səbəb o olub ki, guya «Şərq şirniyyatı»nın binası kənardan yaxşı görünmürmüş. Elə buna görə də, illər öncə əkilmiş uca küknar ağacları məhv edilib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024