Sosial (15-11-2014, 16:41)
“Bakıxanov“ qəsəbəsi çirkab suların içində üzür - Fotolar
Məmur problemin həllinə mane olur
Bakının Sabuncu rayonunun inzibati mərkəzi sayılan «Bakıxanov» qəsəbəsində acınacaqlı vəziyyət yaranıb.
"Mediatv.az" xəbər verir ki,bu barədə Azinform.az-aqəsəbə sakinləri məlumat verib.
Sakinlərin sözlərinə görə, düz bir aydır ki, qəsəbənin ən böyük mərkəzi küçələrindən sayılan —«Səmədbəy Mehmandarov» və «Şuşunski»çirkab sularından xilas ola bilmir. Kanalizasiya xətlərindən axan sular rayon mərkəzində «gözəl» mənzərə yaradıb. Hadisə yerində olan əməkdaşlarımız da vəziyyətin nə dərəcədə kritik olduğunu öz gözləri ilə görüblər. İş burasındadır ki, hər gün «Şuşunski» küçəsində axan çirkab sularını tapdalayaraq yaxınlıqda yerləşən məktəb və baxçaya gedən 1000 dən artıq şagird , körpə var. Qeyd edək ki, 72 saylı orta məktəb və «Şəhrizad» adlı uşaq baxçası da məhz sözügedən ərazidə yerləşir. Sakinlərin sözlərinə görə, onlar bütün əlaqədar qurumlara müraciət etsələr də, məsələyə əncam çəkilmir. Çünki problemin kökündə Sabunçu rayon İcra Hakimiyyətinin yüksək vəzifəli işçilərindən birinin «krışalıq» etdiyi qanunsuz tikili durur. Xatırladaq ki, həmin tikilinin sahibi Adil Vəliyevin rəhbərlik etdiyi qurumda çalışan məmurun yaxın qohumuna məxsusudur. Məmurun bu məsələdə etdiyi canfəşanlığın kökü də məhz qohumluq amili durur. Partlayan kanalizasiya xəttlərini təmir etmək üçün əraziyə ezam olunan əlaqədar qurumların nümayəndələri də etiraf edir ki, xəttin üstünə tikilən hasar sökülməsə problem aradan qaldırıla bilməz. Hasarı isə sökməyə heç kimin güçü çatmır.
Qeyd edək ki, bir neçə gün əvvəl yağan yağışdan sonra, Keşlə qəsəbəsində həyətlərin suyun altında qalmasında da, Sabunçunun icra başçısıAdil Vəliyevə məxsus olan «Audi Centr» adlı obyektin adı hallandı. Bir çox internet portallarında yayılan məlumatlarda bildirilirdi ki, «Audi Centt»in mərkəzi kollektorun üstündə tikilməsi deyilən vəziyyəti yaradıbmış.
Sabuncu İcra Hakimiyyətindən sorğumuza cavab verən tapılmadı. Buna baxmayaraq, onların da cavab haqqını tanıyırıq.
«Bakıxanov»dakı real mənzərəni əks etdirən fotoları təqdim edirik:



Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025