Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (17-04-2014, 20:37)
Ziya Məmmədov «Azəryolservis» də itirir

Nəqliyyat Nazirliyndə bir türlü sular durulmaq bilmir. Paytaxt nəqliyyatını və neft sektorundakı payını itirən Nəqliyyat naziri Ziya Məmmədov bir neçə aydır ki, «Azəryolservis» ASC-ni tam olaraq öz nəzarəti altına almağa çalışır. Lakin «Azəryolservis» ASC-nin rəhbəri Cavid Qurbanov bütün imkanları ilə buna mane olur və hətta «Azəryolservis» ASC-ni Nəqliyyat Nazirliyninin tabeçiliyndən çıxarmaq üçün hər cür vasitələri səfərbər edib.

Qeyd edək ki, «Azəryolservis» ASC-də baş verənlərlə bağlı PİA.AZ daha əvvəllərdə məlumat yayıb. Son daxil olan məlumatda isə göstərilir ki, son bir ay ərzində nazirlə ASC sədri arasında aparılan danışıqlar nəticəsiz bitib. Belə ki, Cavid Qurbanov Ziya Məmmədovun təklif etdiyi islahatlardan tamamilə imtina edib və ikili arasında gərginlik yenidən son həddə çatıb. Xatırladaq ki, Ziya Məmmədov son zamanlar öz yaxın qohumlarını «Azəryolservis» ASC-də yerləşdirməklə diqqət çəkib. Belə ki, qardaşı Nəriman Məmmodovu Cavid Qurbanova müşavir təyin edən nazir daha sonra digər qardaşı İldırım Məmmədovun kürəkənini «Azəryolservis» ASC-də şöbə müdiri təyin edib. Bu isə təbii ki, Cavid Qurbanovu qıcıqlandırır.

PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, son 1 ayda ərzində Ziya Məmmədovla Cavid Qurbanov arasında «Azəryolservis» ASC-nin strukturlarının dəyişdirilməsi məsələsi ilə bağlı başlanan danışıqlar səmərəsiz olub. YCavid Qurbanov Ziya Məmmədovun həyata keçirmək istədiyi islahatlarla heç cür razılaşmayıb və elə bu üzdəndə qarşıdurma yenidən şiddətlənib.

Məlumatda göstərilir ki, «Azəryolservis» ASC sədri bu söhbətdən sonra Cavid Qurbanov bütün resurslarını işə salıb və əlində kifayət qədər nəqd olması üçün Xəzər sahilində Qızılqum sanatoriyasının yaxınlığındakı Həyat istirahət mərkəzini satdışa çıxarıb.

Məlumatda o da qeyd olunur ki, may ayının sonuna qədər «Azəryolservis» ASC-nin Nəqliyyat Nazirliynin tabeçiliyndən çıxarılması barədə Nazirlər Kabinetinin qərarı gözlənilir. Bu isə Ziya Məmmədovun tamamilə zəifləməsi və sıradan çıxarılması demək olacaq. Bildirilir ki, hazırda Nəqliyyat nazirin son qalası «Azərbaycan Dəmir Yolları» QSC hesab olunur. «Azərbaycan Dəmir Yolları» QSC-də nazirin kurasiyasından çıxarıldığı təqdirdə Nəqliyyat Naziliyi formal quruma çevriləcək

Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq…

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024