Gündəm (12-11-2018, 12:48)
1109 SAYLI MƏHKUM-Mikayıl Müşfiq haqqında bilmədikləriniz
...Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadəni Bayıl qəbristanlığına doğru aparır. Orada adsız qəbirlərin birində dəfn edir.
Keçmiş ittifaqın Baş Kəşfiyyat İdarəsinin 6-cı idarəsi kimi tanınan və dövlətin elm, təhsil, maarif, ədəbiyyat və incəsənət, səhiyyə… sisteminə nəzarət edən Baş Siyasi İdarəyə 1937-ci ildə Azərbaycandan 69 min məktub göndərilib. Ölüm saçan, insan taleyinə balta çalan, onu iflic edən bu məktubların təqribən 85%-i yenidən Azərbaycana qayıdırdı.
Yenixeber.org: Respublikanın tanınmış ziyalılarının, sənət adamlarının taleyinə balta çalan, böhtan, şər və yalan dolu bu məktubların hər birini ağlar bir daş kimi qaldırmaq lazım idi, saf-çürük etmək tələb olunurdu. Amma heç kəs heç kəsin məktubunu oxumaq istəmirdi, əksinə yalanı və böhtanı dinləmək, ona istənilən bəzəyi vurmaq daha asan və maraqlı idi. Yalan və böhtan qanunların keşikçisi olmuşdur.
Mikayıl Müşfiq haqqında…
Araşdırma materiallarına görə 1937-ci ilin avqust ayında 248 məktub dövrün və zamanın ən gözəl şairlərindən olan Mikayıl Müşviq haqqında idi. Məktub müəllifləri utanmadan, çəkinmədən yazır, qışqırırdılar: “…Tutun onu! Dövlətimizi parçaladı… Satqındı”. Amma araşdıran yox idi ki, nə baş verib? Şair dövlətin əleyhinə hansı addımı atıb? İnsan sarsılmışdı. Ləyaqətsizlik, şərəfsizlik, biganəlik və unutqanlıq, yaltaqlığ… hər şeyi əvəz edirdi. Xarici kəşfiyyat millətin potensial imkanlarını, intellektual səviyyəsini dağıdıb, viran qoymaq üçün, onu genetik cəhətdən iflic edib, kimlərdənsə asılı vəziyyətə salmaq üçün onu məhv edib, nəslini və yaxud kökünü birdəfəlik kəsirdi. Elə bir mexanizm qurulmuşdu ki, onu kökündən çıxarmaq qeyri-mümkün idi.
Baş Siyasi İdarənin “Moskva Bürosu”na göndərilən foto-şəkillər də çoxluq təşkil edirdi. Arada belə məktublara da rast gəlmək olurdu: Yalandan, böhtan və şərdən ətrafına çəpər hörülmüş şair Mikayıl Müşfiqin kömək üçün, yardım və imdad üçün açılan əlləri, irəli uzadılmış qolları havada qaldı. Tələm-tələsik əyin-başına əl gəzdirib, əyninə dustaq paltarı geydirdilər. Boynuna üstü şifrələnmiş halqa saldılar. Daha onu adı ilə yox, boynuna keçirdikləri, sinəsindən asdıqları nömrəsilə çağırırdılar: Məhbus 1109…
Amma ürək soyumurdu. Bakıda kimlər idisə şairin sonu ilə əlləşirdi, yaşıl budağı kökündən qoparmağa cəhd edirdi. Üstündə 1109 nişanı olan dustaq şəklindəki intizar dolu baxışlar, nigançılıq… Azərbaycana bəs idi.
Mikayıl Mirzə Əbdülqadir oğlu İmayılzadə 1937-ci ilin iyun ayının 4-də həbs olundu. Dövlət Təhlükəsizlik Komitəsinin istintaq zabiti İ.S.Çinman S.F.Yemelyanova müraciət edir ki, milliyyətcə azərbaycanlı olan Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə ilə bağlı ilk istintaq protokolunu o yazsın. Həmin vaxt sənədlərdə S.F.Yemelyanovun adı o qədər də hallanmırdı. Çünki o, bilavasitə xarici kəşfiyyat məsələlərilə məşğul olurdu. İstintaqda ona müraciət olunduqda, dustaqın qatı cinayətkar olduğu, xarici hərbi kəşfiyyata işlədiyi bildirilirdi. Şairə artıq növbəti damğa vurulurdu. Artıq bu müraciətdən sonra S.F.Yemelyanov Moskvaya Baş Kəşfiyyat İdarəsinin (Bu idarə həm də sənədlərdə “Baş Siyasi İdarə” kimi də gedirdi) başçısı general N.İ.Yejova xüsusi teleqram gondərir və göstərir ki, Azərbaycanda həbs olunmuş, vətənin potensial hərbi qüdrətini, kəşfiyyat sirlərini Türkiyə və İrana satan… cinayətkarı icazənizlə Moskvaya Baş Siyasi İdarəyə göndərək. (Verilən sual və teleqram cavabsız qalır).
Mikayıl Müşfiq 1937-ci ilin iyunun 3-də 508 nömrəli orderlə, cümə günü saat 24.00-da həbs olundu, yəni ayın 4-nə keçən gecə. Ertəsi gün Yemelyanov tabeçiliyində olan təhlükəsizlik zabiti Cinmanın arayışına nəzər salır və tapşırır: “Bacardıqca onun əleyhinə ifadələrin sayını artır. Ola bilər yoldaş Bağırova tanınmış adamlar zəng edər, xəbər verərlər. Onda mən səni onların sıralarına göndərəcəm…”
Arxiv sənədlərə görə təhlükəsizlik kapitanı İ.S.Çinmanın ozü isə 1955-ci ildə həbs olunur. 1956-cı ilin yanvar ayında o, ürək tutmasından ölür. Onu dəfn etmək üçün Krasnodara göndərirlər. Lakin ailəsi mənzil başına çatmır. “Runa” kiçik gəmisi qəzaya uğrayır.(Hər halda qəribə mənzərədir).
İ.S.Çinman həbs olunarkən verdiyi ifadələrdə (Xüsusi qovluq 21. Vərəq 9-13) qeyd olunur ki, şair Mikayıl Müşfiqin əleyhinə Azərbaycan Yazıçılar İttifaqının 26 üzvü arayış verib. Onlar hamısı yalvarırmış ki, heç kəs bilməsin. Amma kişi kimi dayanan, məni və əməkdaşlarımızı evindən içəri buraxmayanlar da var idi. Onlardan tanınmış biri Bagırov yoldaşa zəng edərək etirazını bildirdi. Acıqlı və əsəbi halda dedi ki, onun əleyhinə ifadə vermək üçün növbəyə duranlar var, onları arayın… Yemelyanov dedi ki, həmin adamın yoldaş Bağırovla şəxsi dostluq əlaqəsi var. Həmin gün eşitdim ki, yoldaş Bağırov Ağasəlim Atakişiyevi, Timofey Boşevi, Qriqoryan Xoreni, Sumbatovu, Ruben Markaryanı, Stepan Yemelyanovu “Sehirli Qala”ya çağırır. Biz MK-yə Sehirli Qala deyirdik. Yoldaş Bağırov tələb edirdi ki, təhlükəsizlik idarələrində özbaşnalığa son qoyun… Kim gəldi həbs etməyin.
Xahiş edirəm, yoldaş hakim, mənim ifadələrim Baş Kəşfiyyat İdarəsində “mənim üçün ayrılmış “Xüsusi Qovluq”da saxlanılsın…”
Arxiv sənədlərilə tanış olduqca indiyədək məlum olmayan həqiqətlər üzə çıxır. Bir vaxt təqribən on il bundan öncə Bakıda nəşr olunan “Millətin səsi” və “Ulus” qəzetlərində az-çox materiallar vermişdik. Təhlükəsizlik zabiti Cinman bunu da qeyd edirdi ki, yoldaş Bağırov hətta istintaq idarəsinə iradını bildirir ki, şairin günahı yoxsa açın, buraxın… Amma Yemelyanov çalışırdı ki, hansı səbəbdənsə onu Moskvaya istintaqa göndərsin… Yoldaş Bağırovdan ehtiyat edirdi. Əslində Baş Siyasi İdarənin rəisi general Yejov da yoldaş Bağırovun hiddətlənməsindən qorxurdu. 1109 saylı məhbusla bağlı bütün hadisələr gözümün önündədir… Sorğunuza cavab verirəm. Etiraf edim ki, mən 1109 saylı məhbusa əl qaldırdım. Onu vurdum. Onun canı üzülmüşdü. Yeməkdən imtina etmişdi… Onun sinəsindən itələyəndə o, yıxıldı. Ağzı üstə dəydi. Dodaqlarından qan gəldi. Onu nə üçün vurdum?, heç özüm də bilmədim. Amma vurdum. İstintaqda iştirak edən köməkçim vardı ,azərbaycanlı idi… Və gördüm ki, o, ağlayır. Əyilib 1109 saylı məhbusu yerdən qaldırdı. Dəsmalını çıxarıb, məhbusun ağzının qanını sildi. Onda gördüm ki, 1109 saylı məhbusun gözləri dolub…
Ertəsi gün yenə eşitdim ki, yoldaş Bağırov 1109 saylı məhbusu xəbər alır. Fikri var idi ki, onu xilas etsin. Amma kimsə mane olurdu. Söhbət daha yuxarılarda gedirdi. Moskvadan kimsə təzyiq edirdi. Mən bundan sonra iki ay istintaqa getmədim, onu dindirmədim. Başqaları da şairlə görüşməkdən imtina edirdi. Çünki yoldaş Bağırovdan qorxurdular.
Moskvaya, Baş Siyasi İdarəyə, Dövlət Təhlükəsizlik Komitəsinə üst-üstə 48 istintaq və yaxud dindirmə, üzləşmə, şahid materialları göndərilmişdi. Materiallar isə qəbul olunmurdu.
Bütün materiallarda istintaq idarəsinin rəisi polkovnik Ruben Ambarsumoviç Markaryanın imzası qoyulmuşdu. Azərbaycan dilini çox təmiz və qüsursuz danışırdı. Respublika Dövlət Təhlükəsizliyi Komitəsində milliyyətcə erməni olan kadrlara Azərbaycan dilini öyrənmələri üçün xüsusi altı aylıq kurs təşkil etmişdi və zabitlər arasında bu kurslara “Markaryan kursları” deyirdilər.
Mikayıl Müşfiq 4-cü kamerada intihar edən gün Təhlükəsizlik Komitəsinin milliyyətcə erməni olan 36 zabiti respublikanın 31 rayon və şəhər şöbələrinə rəis təyin olundular:
Araşdırma materiallarına görə keçmiş Dövlət Təhlükəsizlik (İdarəsinin) Komitəsinin sıravi işçilərindən olan və 1930-cu ildən 1937-ci ilədək Dağıstanda və Rostovda işləyən Məhəmmədcan Əbubəkir oğlu Əbdülsamadov bir neçə nəfərlə təcili teleqramla Moskva Bürosunun sərəncamı ilə (yəni o vaxt məşhur 5-ci şöbənin xəttilə) Bakıdakı duruma kömək məqsədilə Azərbaycan DTK-nə ezam olunur.(?) Milliyyətcə avar olan M.Ə.Əbdülsamadov kiçik təlimat aldıqdan sonra (təlimatı kapitan M.Mustafayevdən alır) komitənin 28 saylı kamerasında saxlanılan ən qəddar və dövlətçilik üçün ən ciddi ideoloji təxribatlar etməkdə təqsirli bilinən şəxsin qorunması, davranışlarına nəzarət olunması ona tapşırılır. M.Ə.Əbdülsamadov kameralarda heç kəsi tanımır və məhbuslarla rəftarı da əvvəl-əvvəl çox qəddar idi. 1937-ci ilin mayın 28-də işə başlayan Əbdülsamadova 4-cü kameraya nəzarət etmək tapşırılır. Kamerada saxlanılan 3 nəfərlə bir-bir tanış olan Əbdülsamadov 1937-ci ilin iyunun 5-də saat 19.30-da Yemelyanova… xüsusi arayış yazır. Arayışda serjant Əbdülsamadov qeyd edir ki, 1109 saylı məhbusun bütün kamera davranışlarına nəzarət etdim. Azərbaycan dilini yaxşı bildiyimdən kamerada bütün danışıqlarını təhlil etdim. O, evi üçün, ailəsi üçün, dəniz və Bakı üçün darıxırdı. Onun kamera yoldaşı professor Məhərrəm Şüvəlanlı Qurbanzadənin həmin axşam ürək tutması oldu. Məhbus M.İsmayılzadə ona yardım etdi. O, həm də mahnı oxuyurdu. Əlbət ki, darıxmamaq üçün. Heç bir ruhu sarsıntısı yox idi. O, özünü çox səliqəli, ciddi və qüsursuz aparırdı…
Xüsusi arayışına imza atan Əbdülsamadov bunu da qeyd edirdi ki, belə sakit məhbuslarla işləmək onun üçün çox rahatdır.
M.Ə.İsmayılzadənin (Mikayıl Müşfiqin) həbs olunmasının 10-cu günü Əbdülsamadov adəti üzrə işini başa vurduqdan sonra arayışını yazır. Bu dəfə arayışını Qriqoryanın adına yazır… Qriqoryan arayışda qeyd olunmuş “o, özünü çox alicənab aparır” ifadəsinin üstündən qırmızı xətt çəkir və soruşur: Əsgər Əbdülsamadov yəni sözə qulaq asmır?.. Əbdülsamadov deyir ki, o, çox nəcib adamdır… Bundan sonra Atakişiyev axşama qədər Əbdülsamadovu başqa kameraya nəzarəti tapşırır və ertəsi gün… 1937-ci il iyunun 15-də Azərbaycanın başçısı M.C.Bağırova müraciət edir. Müraciətdə Atakişiyev bildirir ki, məhbus kamerada özünü yaxşı aparmır, mahnı oxuyur, mahnının sözləri arasında Sizi və dövləti söyür. Yaxşı olardı ki, məhbus İsmayılzadəni ciddi məhbus hesab edərək, onu Baş Kəşfiyyat İdarəsinin Xüsusi Şöbəsinin sərəncamına verək. Bu məsələ baş tutur. 1937-ci ilin iyunun 27-də Təhlükəsizlik Komitəsinin kapitanı Çinmanın tərtib etdiyi arayışa yenidən baxılır və şəxsən Atakişiyevin əlavələrilə məhbus M.Ə.İsmayılzadə daha ciddi və təhlükəli cinayətkar kimi “Xüsusi İdarə”nin sərəncamına verilir.(O vaxt Xüsusi İdarə “Xüsusi Şöbə” adlandırılırdı və bir baş Baş Kəşfiyyat İdarəsinə tabe idi. Onun tərtib etdiyi istintaq arayışının icrası üçün müəyyən vaxt verilirdi və bu beş gün ərzində müttəhim kimliyindən asılı olmayaraq güllələnirdi). Bu idarə rəsmi sənədlərdə 6-cı idarə kimi gedirdi və bilavasitə ölkənin elm, incəsənət, ədəbiyyat, səhiyyə və təhsil, maarif sistemində çalışanlara nəzarət edir, amansız mövqeyilə fərqlənirdi.
1937-ci ilin iyunun 27-də müttəhim M.Ə.İsmaylzadənin əks-inqilabçı gənclər təşkilatının müsəlman ölkələri üzrə ideoloji koordinatoru kimi istintaq işi Mərkəzi İcraiyyə Komitəsinin sədri təhlükəsizlik zabiti İ.İ.Şevçenkonun imzası ilə Xüsusi Şöbəyə göndərilir.
Həmin vaxt şöbənin əksər əməkdaşları rus və qeyri-azərbaycanlı olduğundan istintaq materialları düzgün tərtib olunmurdu. Materiallar tamamlanmırdı. Həmçinin kameralara nəzarət edənlər də başqa millətdən olduğundan müttəhimlərlə əlaqələrin çoxu anlaşılmırdı. Nəticədə 1937-ci ilin noyabrın 26-da Xüsusi İdarəyə vaxtilə 4-cü kameraya baxan Əli adlı bir nəzarətçi ayrılır.
Qısa arayış: Serjant Əli Mərdan oğlu Əlistan1909-cu ildə Naxçıvanda indiki Babək rayonunun Nehrəm kəndində anadan olub. 1937-ci ilin mayında Bakıya göndərilir, Xüsusi İdarədə işə başlayır. O, 4-cü kameraya 1109 saylı məhbusa nəzarət edir. Əli rus dilini bidiyinə görə kameradakı məhbus M.İsmayılzadə ilə sorğu-sual tez də tərcümə olunurdu. Müstəntiq Çinman Baş Kəşfiyyat İdarəsinin istintaq qrupuna verdiyi arayışda göstərir ki, 1109 saylı məhbusun kamerasına Əli Mərdan oğlu Əlistanın təyin olunması işləri xeyli dəyişmişdi.
Şübhəsiz istintaq materiallarının düzgün tərtib olunması vacib idi. Çünki bundan sonra heç kəs müdaxilə edə bilmirdi.
Müstəntiq Çinman daha sonra Baş Kəşfiyyat İdarəsinin müstəntiqi A.A.Rıbkinə verdiyi-cavabda qeyd edir: “…Mən 1109 saylı məhkumdan razı idim. Məni yormurdu. Bəzən mənə məktub gətirirdilər ki, istintaq zamanı bəzi-bəzi adamların adlarını çəksin… canını qurtarsın. Amma mən bu yolu seçmirdim. 1938-ci ilin yanvarın 4-də gündüz mənə Qriqoryan Xoren İvanoviç xəbər göndərdi ki, söhbəti qısa et… Mən anladım ki, 1109 saylı məhkumun taleyinə artıq nöqtə qoyuldu. Başımı qaldırıb, məndən bir az aralı duran Əli Əlistana nəzər saldım. Hiss etdim ki, qatarın getdiyini o da bildi. Birdən heç kimin gözləmədiyi bir halda serjant Əli Əlistan dedi:-şair, bu bizim sonuncu görüşümüzdür. Müstəntiq fikrini cəmləyib, dedi:- Mirzə, sonuncu arzunu de – pıçıldadı. Sabah gecə saat birə işləmiş sərəncam icra olunacaq… Kimə nə çatdıracaqsansa, de…
O, susurdu. Allah – dedi, hamınıza can sağlığı arzulayıram. İmkan olarsa, məni anamın yanında dəfn edin. Bacararsanmı?..
Mən onu aldatmaq istəmədim. Yox dedim. Mən bunu bacarmaram, səni aldatmaq istəmirəm…
Serjant Əli Əlistan dayanmadı. Qapıya doğru addımladı…
Araşdırma materiallarında: 1109 saylı məhkumu–şair Mikayıl Müşfiqi tək buraxdıq. Onu kameraya ötürdük.
Hadisələr məni yaman üzmüşdü… Mən bu hadisələrdən sonra Əli Mərdan oğlu Əlistanı axtardım.
1938-ci ilin 5 yanvar tarixində gecə saat 12 radələrində 1109 saylı məhkum özünü asaraq öldürdü. Onu tələm-tələsik palaza büküb, bir tərəfə qoyurlar. 1938-ci ilin yanvarın 6-da DTK-nın serjantları, ölüm hökmünün icraçıları hokumü yerinə yetirirlər… Meyidi palaza bükülmüş 1109 saylı məhkuma əlavə üç güllə vurulur. Bundan sonra serjant Əli Əlistan 4 saylı kamerada sübh namazında hansı vasitə iləsə (bilinmir) 1109 saylı məhkumun meyidini palaza bükülmüş halda təcili kameradan çıxararaq aparır. Kapitan Çinman BKİ-nin istintaq idarəsinə verdiyi ifadədə göstərir ki, 1109 saylı məhkumun meyidinin tələm-tələsik çıxarılmasını MK-də “Sehirli Qala”da bilirdilər. İstintaq idarəsinin rəisi general Ağasəlim Atakişiyev verdiyi ifadələrin birində qeyd edirdi ki, Bağırov şairin ölümündən xəbərsiz idi… Hadisəni biləndən sonra Əli Əlistanla görüşüb və şairi dəfn etməyi ona tapşırır. İstintaq materiallarından öyrəndiyimizə görə Əli Əlistan 1109 saylı məhkumun meyidini–Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadəni Bayıl qəbristanlığına doğru aparır. Orada adsız qəbirlərin birində dəfn edir.
Mən Əli Mərdan oğlu Əlistanla təqribən 1994-cü ilin may ayının 27-də Prezident Yanında Xüsusi İdarədə görüşdüm. Bizim görüşümüz idarənin keçmiş rəisi, müəmmalı şəkildə qətlə yetirilmiş general Şəmsi Rəhimovun otağında oldu. Görüşdə Dövlət Təhlükəsizliyi Komitəsinin polkovniki, fəxri çekist mərhum Kamal Əlisəttar oğlu Əliyev də iştirak edirdi. Uzun söhbətdən sonra mayın 27-də saat 17:30-da DTK-nin keçmiş əməkdaşı Əli Mərdan oğlu Əlistan bizi, daha doğrusu məni və polkovnik Kamal Əliyevi dar bir cığırla Bayıl qəbristanlığına apardı. Neçə yerdən çapılıb tökülmüş, dağılmış, viranə qalmış başdaşısı olan bir qəbir göstərdi. Əli kişi çox qıvraq, cəld, çevik addımlarla yarısı torpağa batmış başdaşını qucaqladı, hönkürtü çəkdi. Nə isə dedi, anlamadım. O, başdaşının üstündəki neçə illərdən bəri döyülmüş Əli sözünü nişan verdi. Bu sözü mən yazmışam dedi. Qəbir itməsin deyə, onun da üstündə Allah sözü yazdım. İki gün mən bu sözlərdən ötrü əlləşdim, amma yazdım.
Biz ertəsi gün özümüz şairin ziyarətinə getdik. Polkovnik Kamal Əliyev qəbrin şəklini çəkib götürdü…
İndi bu məzardan 80 il keçir. 80 yaşlı məzarla üz-üzə qalmaq, şairin ruhunu dinləmək çətindir. 1109 saylı məhkumu görmək istədim, görə bilmədim. Əli Əlistan bunu da dedi ki, şairin məzarı ətrafında Azərbaycanın onlarla tanınmış, sevilən insanları yatır. Bu adsız məzarlar Sumbatovun, Qriqoryan Xoren İvanoviçlin, Markaryan Ruben Ambarsumoviçin, Borşevlərin, Yemelyanovların hokum ilə qazılıb. Ayrılarkən Əli kişi dağılmış, batmış məzarlardan, adı, ünvanı bilinməyən məzarlardan birini nişan verib dedi: - Quranı Azərbaycan dilinə ilk dəfə tərcümə etmiş 83 yaşlı Seyid Mirəli Məhəmmədini də sürüyə-sürüyə ora atdılar. Onu Nargin adasında öldürüldüyü deyilirdi, amma yalandır. Onu burda başına döyə-döyə öldürdülər. Ölüm hokumü isə ertəsi gün çıxdı.
Nə qədər ağır olsa da mən bunları yaşadım və bu gün də yaşayıram.
Dr. Rövşən Novruzoğlu:
Professor, politoloq. (Xüsusi olaraq yenixeber.org üçün.)

- Polkovnik Arakelov D.N.- Astara dairəsinə,
- Mayor Comardyan S.M.-Astraxanbazara (indiki Cəlilabad).
- Mayor Zərgəryan L.M.-Zəngilan rayonuna,
- Kapitan Petrosyan Ş.A.-Samuxa,
- Avanesov M.A.-Masallıya,
- Movsesyan L.Ş. və Tovatov A.O.-Lənkərana,
- Akopyan A.A. və Ağacanyan A.L. Naxçıvana,
- Seyranyan İ.S, İşxanyan və Parseqyan-İmişliyə,
- Muradyan – Salyana təyin olunur və başqaları.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024