Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm / Karusel (29-05-2014, 20:14)
“Birlik-İnşaat” payçıları niyə aldadır?

 

“Son illər paytaxtda tikinti fırıldaqlarının sayı azalsa da, bəzi payçılar hələ də ödəmiş olduğu pulları geri ala bilmirlər”.

Bu sözləri Editor.az-a açıqlamasında “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı “Birlik-İnşaat” şirkətinin payçıları aldatmasından danışarkən belə deyib.

Onun sözlərinə görə, payçıların etimadından sui-istifadə edən şirkətlərə qarşı cəza tədbirləri sərtləşdirilməlidir: “Bəzi sahibkarlar bir o qədər də sərmayəsi olmadığı halda bina inşasına girişirlər ki, bu da sonda arzuolunmaz nəticələrə gətirib çıxarır. Onlar payçılardan alacaqları vəsaitlərə güvənərək, işə başlasalar da, tikintini sona çatdıra bilmirlər. Düzgün hesablama aparılmaması, biznes-planın qüsurlu tərtibi bu kimi problemlərə yol açır. Nəticədə yüzlərlə vətəndaş çətinliklə yığdığı pulları bir anın içərisində batırmış olurlar. Onlar nəinki aldığı evi əldə edə bilmir, əksinə qiymət artımı fonunda verdikləri pulu da ala bilmirlər. Ya da pulu o qədər gec alırlar ki, həmin pula daha uyğun ev almaq mümkün olmur. Elə sahibkarlar da var ki, əldə etdiyi vəsaiti digər biznes sahələrinə yönəldir və bir evi iki-üç şəxsə satırlar. Bu mənada tikinti şirkətləri üzərində ciddi nəzarətin olması, dələduzluq hallarına qarşı cəzanın sərtləşdirilməsi labüddür. Əksər şirkətlərdə bu kimi hallar ardan qalxsa da, hələ də payçıların etimadından sui-istifadə edən şirkətlər mövcuddur”.
 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024