Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (9-04-2014, 23:39)
Şirkətlərin aldatdığı yüzlərlə vətəndaşın problemi həll olunmayıb

Şirkətlərin aldatdığı yüzlərlə vətəndaşın problemi həll olunmayıb

 

Dövlətin müdaxilə etdiyi işlər yarımçıq qalıb; iş tapşırılan oliqarxlar da payçılara kələk gəlir 
«Daha bir tikinti şirkəti dələduz çıxdı”. Bu məzmunlu xəbərləri mətbuat tez-tez tirajlayır. Son illərdə onlarla tikinti şirkəti vətəndaşları aldadıb: şirkətlər bir mənzili bir neçə nəfər satır, nəzərdə tutulan yaşayış binasını tikib başa çatdırmır. Dövlət bu tikinti şirkətləri barəsində cinayət işi açır, məhkəmə vətəndaşları aldatmaqda ittiham olunan şirkət rəhbərləri barəsində həbs qərarı verir. Amma vətəndaşların problemi həll olunmur... 
Dələduzluq edən tikinti şirkətləri sırasında "Kamran B.Ə.” MMC-də var. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə MMC-nin təsisçisi və rəhbəri Ələkbər Babayev 14 il, müxtəlif dövrlərdə MMC-nin direktoru vəzifəsində işləmiş German Hüseynov 11 il və tikinti nəzarətçisi Süleyman Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə hər üçünün əmlakları müsadirə edilib. İttihama görə, bu şəxslər qabaqcadan əlbir olaraq cəmiyyət tərəfindən paytaxtın Yasamal rayonu ərazisində tikilən çoxmərtəbəli yaşayış binasında ümumilikdə 92 mənzili saxta müqavilələr tərtib etməklə 291 şəxsə təkrar sataraq əldə edilmiş 8 milyon 566 min manatın 2 milyon 545 min manatını inşa edilən binanın tikintisinə sərf edib, qalan 6 milyon 20 min manat məbləği isə dələduzluq yolu ilə talayıblar.
Şirkət rəhbərlərinin həbs olunması hansı problemi həll edib? 
Payçıların hüquqlarını müdafiə edən "Peşəkar Hüquqşünaslar İctimai Birliyi"nin rəhbəri Tağı Hüseynov deyir ki, mənzil-tikinti şirkəti rəhbərlərinin azadlıqdan məhrum edilməsinə baxmayaraq, aldadılmış payçılara mənzillərin qaytarılması problemi həll edilməyib. 
“İstintaqın gedişində 200 nəfər zərərçəkmişlə binanın tikintisini davam etdirən "Şaiq" MTK arasında yeni müqavilələr bağlanılmaqla onların pozulmuş mənzil hüquqları bərpa olunub. Bundan başqa, zərərçəkmişlərdən 12 nəfərə 217 min 699 manat qaytarılmaqla vurulmuş zərərin ödənilməsi təmin edilib, digər 79 nəfərə vurulmuş 2 milyon 251 min manat zərərin ödənilməsini təmin etmək məqsədilə təqsirləndirilən şəxslərin adlarına qeydə alınmış daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulub”. 
Hüquq müdafiəçisinin sözlərinə görə, şirkət rəhbərlərinin həbs olunması vətəndaşların probemlərini həll etməyib: “Yeni Yasamal yaşayış maassivi, Dadaş Bünyadzadə küçəsi, 34b 16 mərtəbəli binaya qoyulmuş həbs ləğv olunub. Vətəndaşların mənzil problemini həll etmək üçün məsələ «Şərurlu İsfəndiyar» kimi tanınan iş adamı İsfəndiyar Axundovun şirkəti "Şaiq MMC"-ə həvalə edilmişdi. Amma bu günə qədər 33 ailənin mülkiyyət hüququ pozulmaqda davam edir. Onlara məxsu mənzillər başqalarına satılır. Vətəndaşlar mənzillərini tələb edirlər. Payçılar məhkəmə qərarının icra olunmamasından şikayətçidirlər. Məhkəmə qərarına görə, şikayətçilərə mənzil verilməli, ya da mənzil üçün verdikləri pullar geri qaytarılmalıdır. Vətəndaşlar dəfələrlə məhkəmə icraçıları ilə görüşsələr də, müvafiq dövlət qurumlarına yazılı müracitlər etsələr də, onların pozulmuş mülkiyyət hüquqları bərpa olunmayıb”. 
Qeyd edık ki, "Kamran B.Ə." MMC vergiödəyicisi kimi qeydiyyatdan keçdikdən sonra Ələkbər Babayev 2008-ci ilin yanvar ayından 2011-ci ilin avqust ayına kimi olan dövrdə mənzil satışından əldə etdiyi 7 milyon 428 min manat məbləği zəruri sənədləri tərtib etməyərək vergi bəyannamələrində əks etdirməyib, eyni zamanda mənzil tikintisi ilə məşğul olan şəxslər kateqoriyasına aid hüquqi şəxs olmaqla vergi orqanlarına sadələşdirilmiş vergi hesabatlarını təqdim etməyərək 1 milyon 623 min manat məbləğdə vergini dövlət büdcəsinə ödəməkdən yayınıb.
Hüquq müdafəçisi problemin həlli yolunu necə görür?
Hüquq müdafiəçisi deyir ki, payçıları aldadan tikinti şirkətləri ilə bağlı dövlət öz üzərinə məsuliyyət götürməlidir. Dövlət vətəndaşları aldadan tikinti şirkətlərini sahibindən almalıdır, yaşayış binasını tikib vətəndaşlara təqdim etməlidir. “Şirkət rəhbərlərinin həbs olunması vətəndaşların problemini həll etmir. Rusiya təcrübəsi var. Qonşu ölkədə dələduz şirkətinin sahibini dövlət sahibkarlıq fəaliyyətindən kənarlaşdırır, mülkiyyətini ondan alıb özü tikib başa çatdırır”.
Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi də məhkəmə qərarını icra etmir
Mənzil tikintisi adı ilə vətəndaşları aldadan “Gen” MMC 373 vətəndaşı aldadıb. Vətəndaşlar şirkətin rəhbəri Elbrus Əliyevə 8 milyon manata yaxın pul versələr də, mənzil ala bilməyiblər. 
Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə "GEN" MMC-nin rəhbəri Elbrus Əliyev 12, Əliyar Abbasov 10, Həbib Ağayev 10, Nəbi Məmmədov 11, Asif Ələmov 10, Ramin Əliyev 10, Kamran Məmmədov 9, İlkin Səfərov 8 və Mehparə Cəfərzadə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilənlərin hər birinin əmlakının müsadirəsi ilə bağlı məhkəmə qərar verib. 
Dəstə üzvləri 2006-cı ilin ortalarından 2008-ci ilin aprelinə kimi həmin cəmiyyətlər tərəfindən guya Xətai, Nəsimi, Yasamal, Abşeron rayonlarının ərazilərində çoxmərtəbəli yaşayış binaları inşa ediləcəyi və vətəndaşlara mənzillərin satılacağı barədə KİV-də reklam və elanlar verib, 373 vətəndaşı aldadaraq onların 8 milyon 59 min 138 manat məbləğində pullarını dələduzluq yolu ilə ələ keçiriblər. 
E.Əliyevin həbs olunması vətəndaşların problemini həll etməyib. Onlara bu günə kimi nə vətəndaşlara mənzil verilib, nə də hər-hansı yardım edilib. Bu sıradan yalnız 53 ailə Masazırda mənzil ala bilib. Bu da Abşeronun başçısının mənzil tikintisinə lazımi qədər torpaq ayırması ilə mümkün olub.
Zərərçəkən Fəridə Ələkbərova bu qədər vətəndaşın aldadılmasına görə təkcə E.Əliyevin deyil, həm də vətəndaşları aldatmaq şəraiti yaradan, indiyə kimi tədbir görməyən rəsmi qurumların da məsuliyyət daşıdıqlarını vurğulayıb. Müxtəlif məhkəmə instansiyaları keçilsə də, problemin həllinə elə bir ciddi təsiri olmayıb. 
“İstintaqın gedişində 200 nəfər zərərçəkmişlə binanın tikintisini davam etdirən "Şaiq" MTK arasında yeni müqavilələr bağlanılmaqla onların pozulmuş mənzil hüquqları bərpa olunub. Bundan başqa, zərərçəkmişlərdən 12 nəfərə 217 min 699 manat qaytarılmaqla vurulmuş zərərin ödənilməsi təmin edilib, digər 79 nəfərə vurulmuş 2 milyon 251 min manat zərərin ödənilməsini təmin etmək məqsədilə təqsirləndirilən şəxslərin adlarına qeydə alınmış daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulub. Məhkəmə qərarı olsa da icra olunmur”, deyə F.Ələkbərova bildirdi.
Fəridə Ələkbərova “GEN” MMC tikinti şirkətinin payçıları Ədliyyə Nazirliyinin İcra Baş İdarəsini də məhkəməyə veriblər. Ancaq problem həll olunmamış qalır. 
Dələduzun ödəmədiyi vergini zərərçəkmişdən istəyirlər
Vətəndaşları aldadan şirkətlər arasında “Fuad LTD” var. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi məlumat verir ki, Qasım Məmmədov 2005-2009-cu illər arasında “Fuad LTD” MMC-nin direktoru vəzifəsində işləyərkən cəmiyyətin mühasibi Ramin İbrahimovla əlbir olaraq, Xırdalan şəhərində tikilən çoxmərtəbəli yaşayış binasından mənzil almaq məqsədilə 186 şəxsin ödədiyi 1 milyon 845 min 802 manat pulu ələ keçirib, eləcə də 2005-ci ildən bu yana əldə etdiyi 1 milyon 74 min 841 manat vəsaiti vergidən yayındırıb. Qasım Məmmədova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Cinayət işinin istintaqı tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Fuad LTD” MMC-nin mühasibi Ramin İbrahimov barəsində istintaq isə davam etdirilir.  
Xırdalanda yarımçıq tikintini “Abşeron-2013” şirkəti davam etdirərək yaşayış binasını vətəndaşlara təqdim etməlidir. Zərərçəkmiş payçılardan Valeh Əliyarov deyir ki, dövlət qurumları bu tikinti şirkətinin fəaliyyətinə mane olur: “Belə ki, “Fuad LTD” şirkətinin rəhbərlərinin dövlətə ödəmədiyi vergini bizdən almaq istəyirlər. Bu absurddur. Cinayətkar qalıb kənarda, zərərçəkmişdən vergi istəyirlər. Binanın tikilib başa çatması üçün payçılar olaraq biz bütün şəxsi imkanlarımızdan istifadə edirik. Amma dövlət qurumları mane olurlar”.

 

V.Əliyarov deyir ki, Ağır Cinayətlər Məhkəməsində “Fuad LTD” ilə bağlı keçirilən məhkəmə iclaslarına zərərçəkmiş vətəndaşları dəvət etmirlər.
шаблоны для dle 11.2

Xəbər lenti
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
18 09 2024
17 09 2024
17 09 2024