Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (16-03-2022, 23:12)
ABŞ Ukraynaya daha 800 milyon dollarlıq müdafiə yardımı edəcəyini açıqladı

ABŞ Ukraynaya daha 800 milyon dollarlıq müdafiə yardımı edəcəyini açıqladı


ABŞ Prezidenti Co Bayden Ukraynaya 800 milyon dollar dəyərində yeni müdafiə yardımı, o cümlədən, tank əleyhinə, zenit və pilotsuz uçuş aparatları (PUA) verəcəklərini açıqlayıb.

Mediatv.az xəbər verir ki, Bayden bu barədə fərman imzalayıb.


Yardım paketi çərçivəsində Ukraynaya 800 “Stinger” zenit sistemi, 2 min “Javelin” tank əleyhinə raket, 1000 yüngül tank əleyhinə silah, 6 min ədəd AT-4 tank əleyhinə sistem veriləcəyi bildirilib.

Paket çərçivəsində Ukraynaya 100 Pilotsuz Uçuş Aparatının (PUA) göndəriləcəyi də qeyd edilib.

Paketə həmçinin 100 qumbaraatan atış sistemi, 5 min tüfəng, 1000 tapança, 400 pulemyot, 400 ov tüfəngi, 20 milyon döyüş sursatı, 25 min zireh dəsti, 25 min dəbilqə daxildir.

Həmçinin, bu son paketlə Baydenin Ukraynaya açıqladığı təhlükəsizlik yardımının dəyərinin son bir həftədə 1 milyard dollara, son 1 ildə isə 2 milyard dollara çatdığı vurğulanıb.

Sözügedən texnikanın ABŞ Müdafiə Nazirliyi tərəfindən birbaşa Ukrayna ordusuna veriləcəyi paylaşılıb

шаблоны для dle 11.2

Xəbər lenti
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025