Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (31-12-2020, 13:56)
AB ilə Çin kritik razılaşma ilə bağlı danışıqları bitirdi

 Avropa Birliyi və Çin investisiya tərəfdaşlığı haqqında hərtərəfli razılaşma ilə bağlı danışıqları başa çatdırıb.
Mediatv.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.
“Avropa Birliyi dünyanın ən böyük vahid bazarıdır. Biz biznes üçün açığıq, amma biz bərabər oyun şərtlərinə və dəyərlərə bağlıyıq. Bu gün AB və Çin investisiya razılaşması barədə danışıqları başa çatdırıb”, – deyə o bildirib.
Qeyd edək ki, AB və Çin arasında investisiya razılaşması barədə danışıqlar 2013-cü ildən aparılır. Güman edilir ki, bu razılaşma Avropa investorları üçün Çin bazarındakı şəraiti yaxşılaşdıracaq, eləcə də maliyyə, telekommunikasiya, elektromobil istehsalı sahəsini əhatə edəcək. Bununla Avropa biznesinə Çin bazarına ABŞ-dan daha geniş daxil olmaq üçün sərfəli imkan yaranacaq.
AB-nin Çinlə danışıqları yekunlaşdırması təkcə ABŞ-da yox, həm də AB-nin öz daxilində narazılıqlara şərait yaradıb. AB-dəki bəzi ölkələrin nümayənədləri artıq bu razılaşmanın tranatlantik ittifaqı pozacağını iddia etməyə başlayıblar.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 05 2024
19 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024