Mediatv.az xəbər verir ki, bu barədə dekabrın 26-da hökumət tərəfindən yayılan bəyanatda bildirilib.

Bununla yanaşı, qısa müddətli biznes ezamiyyələrdə iştirak edən Yaponiya sakinləri üçün nəzərdə tutulan yumşaldılma da aradan qaldırılır. Həmin şəxslərin ezamiyyədən qayıtdıqdan sonra iki həftə müddətinə karantində qalmaması barədə güzəşt ləğv olunur.

Koronovirusun yeni ştammının aşkar edildiyi ölkələrdən qayıdan Yaponiya sakinlərindən son 3 sutka ərzində həmin ştammın aşkar edilməməsi barədə arayış təqdim etməsi tələb olunacaq.