Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (19-02-2019, 10:14)
ABŞ Meksika sərhədinə böyük qoşun göndərir

Pentaqon ABŞ-Meksika sərhədinə 3750 əsgər göndərməyə hazırlaşır.
Bu barədə “Reuters” ABŞ Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Pentaqonun məlumatına görə, hərbçilər ABŞ-ın cənub-qərb sərhədində üç ay xidmət çəkəcək və ölkənin sərhəd-gömrük xidmətinin əməkdaşlarına dəstək olacaqlar.
Meksika ilə sərhəddə hərbçilərin ümumi sayının 4350 nəfərə çatdırılacağı gözlənilir.
Yanvarın 15-də Pentaqon ABŞ-Meksika sərhədində hərbi əməliyyatın 2019-cu ilin sentyabr ayına qədər uzadılması haqqında qərar verib. Hərbçilər sərhəddə müşahidə kameraları quraşdıracaq və 240 kilometr uzunluqda tikanlı məftillərdən ibarət çəpərlər salacaq. Buna qədər payız aylarında 110 kilometr uzunluqda çəpər salınmışdı.
Xatırladaq ki, oktyabr ayında Mərkəzi Amerikadan minlərlə qaçqın bir neçə karvanla ABŞ sərhədlərinə axın edib. ABŞ prezidenti Donald Tramp sərhədə qoşun göndərərək, qanunsuz mühacir axınının qarşısını almağa çalışıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025