Dünya (Bu gün, 15:44)
Əhməd əş-Şaraa: Suriya separatçı layihələr üçün meydan deyil
Suriya separatçı layihələr üçün meydan deyil.
Mediatv.az xəbər verir ki, bunu ölkə Prezidenti Əhməd əş-Şaraa Süveyda əyalətindəki vəziyyətlə bağlı bəyanatında bildirib.
Prezident vurğulayıb ki, bütün druz icmasını ayrı-ayrı şəxslərin hərəkətlərinə görə mühakimə etmək olmaz, Süveyda sakinlərinin əksəriyyətinin dövləti dəstəklədiyini, kiçik bir qrupun etiraz etdiyini qeyd edib.
O, Suriyanın ərazi bütövlüyünə dəstəyinə görə ABŞ-a təşəkkür edərək bildirib: ”Suriya separatçı layihələr üçün meydan deyil”.
Əhməd əş-Şaraa qəhrəmanlıq mövqeyinə görə qəbilələrə təşəkkür edərək rəsmi mövqeyi müdafiə edənləri dərhal atəşkəsə çağırıb.
Xatırladaq ki, Azərbaycanın Xarici İşlər Nazirliyi də ötən gün Suriyanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə dair bəyanat yayıb.
