Dünya (17-07-2025, 08:39)
 Tramp səbrini itirib, Putin isə qorxmur... - Yalda Hakim 
	 ABŞ prezidenti Donald Tramp Rusiya ilə danışıqlarda səbrini itirib, lakin Kreml “hökmdarı” Putin uzun oyun oynayır və qorxmur.
 ABŞ prezidenti Donald Tramp Rusiya ilə danışıqlarda səbrini itirib, lakin Kreml “hökmdarı” Putin uzun oyun oynayır və qorxmur.Axar.az xəbər verir ki, bu barədə avstraliyalı təhlilçi, telejurnalist Yalda Hakim “Skay Nyus”a açıqlamasında deyib.
“Tramp ilk dəfə prezident olanda dünya nizamını yenidən nəzərdən keçirəcəyini və ölkənin xarici siyasətini əsaslı şəkildə dəyişdirəcəyini vəd etmişdi. İndi isə geosiyasət, Avropada müharibə və Yaxın Şərqdəki qeyri-sabitlik reallıqları ilə üzləşən o, Moskva ilə münasibətlərdə getdikcə daha çox hər bir prezidentin ikinci prezidentlik dövründə tutduğu yolla gedir.
Tramp ilk müddətini Putini sakitləşdirməyə çalışaraq, ona Kim Çen İn və ya Si Szinpinə göstərdiyi lütfü göstərməyə cəhd etdi. Bəlkə də avtoritar liderlərə xas heyranlığına, şəxsi münasibətlərin gücünə və biznes xarizmasına inamına görə....
Onun dünyagörüşü Nyu-Yorkda daşınmaz əmlak maqnatı işlədiyi dövrlərdə formalaşıb. Onun üçün dünya biznes maraqlarının xəritəsidir: onun öz ərazisi, Putinin də öz ərazisi var. Və belə bir koordinat sistemində qarşıdurma üçün heç bir səbəb olmamalıdır”, - deyə jurnalist qeyd edib.
 
						Reklam
					
                
				
						Ən çox oxunanlar
					
 
				
						• Sorğu
					
               Saytımızı bəyəndiniz?
Xəbər lenti
				                31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
								 









 
				














 
	 
	 
	 
	