Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (2-03-2025, 10:21)
ABŞ vasitəçiliyi bitdi: Türkiyə meydana girir

 Avropa liderlərinin martın 2-də Londonda baş tutacaq görüşündə Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın Ukrayna ilə Rusiya arasında sülh danışıqları ilə bağlı təklifini təsdiq edəcək.
Mediatv.az xəbər verir ki, bu barədə “Röyters” agentliyinə türkiyəli diplomat bildirib.
Agentlik xatırladıb ki, Türkiyə 2022-ci ildə Ukrayna ilə Rusiya arasında ilk danışıqlara ev sahibliyi edib. Ankara taxıl yüklərinin Qara dənizdən təhlükəsiz keçməsinə dair sazişin bağlanmasına da kömək edib.
Mənbə qeyd edib ki, Fidan bu gün Avropa liderlərinə Türkiyənin “ədalətli və davamlı sülh” tapmaq səyləri barədə məlumat verəcək, həmçinin Ankaranın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sadiqliyini təsdiq edəcək.
Mənbənin sözlərinə görə, Fidan Türkiyənin gələcək danışıqlarda mühüm rol almağa hazır olduğunu vurğulayacaq. O, həmçinin bəyan edəcək ki, danışıqlar zamanı bütün tərəflər birgə əsas diqqəti güclü regional təhlükəsizlik və sabitliyə, o cümlədən iqtisadi rifaha yönəltməlidir.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025