Dünya (Bu gün, 08:55)
Türkiyənin Ukrayna üçün sülh planı: 1991-ci il sərhədi və…
Türkiyə bu gün yeni bir “İstanbul razılaşması” variantını irəli sürür. Bu, Ukraynanın ərazi bütövlüyü çərçivəsində Rusiyanın mövqeyini gücləndirə bilər.
Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
O bildirib ki, türklər ədalətli sülh istədiklərini söyləyirlər, lakin bu sülh Rusiya Federasiyasının mövqelərinə əsaslanır:
“Türkiyə Rusiyanın öz qoşunlarını Ukraynanın 1991-ci il sərhədlərinə çəkməsinə zəmanət verəcək. Lakin mən Rusiyanın buna razılaşacağına şübhə edirəm”.
Ekspertin fikrincə, bu plan əsasında Ukrayna kompromis olaraq Rusiya şərtlərini qəbul etməlidir. Bu şərtlərə NATO-ya üzvlükdən imtina və rus dilinin ikinci dövlət dili kimi tanınması daxildir:
“Bu, məhz bu gün təklif olunan kapitulyasiya ilə eyni məna daşıyacaq. Yeganə fərq ondadır ki, burada Rusiya qoşunları tərəfindən işğal olunmuş ərazilərin itirilməsi nəzərdə tutulmur. Əksinə, söhbət bütövlükdə dövlətimizin siyasi mövcudluğunu itirməkdən gedir. Ola bilsin, bu, imzalanmadan dərhal sonra olmayacaq, amma tədricən baş verəcək”.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan “Hürriyyət” qəzetinə müsahibəsində Ukrayna və Rusiyanı dinləməyə və münaqişənin bitməsi üçün vasitəçi olmağa hazır olduqlarını deyib. O qeyd edib ki, Türkiyə hər iki tərəflə xüsusi əlaqələrə malikdir və obyektiv mövqe tutaraq “acı həqiqətləri” bildirməyə hazırdır. Nazirin sözlərinə görə, münaqişənin ədalətli həlli Ukraynanın ərazi bütövlüyü çərçivəsində olmalıdır.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024