Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 11:25)
“Harmony” MMC-nin rəhbəri icra başçısının qohumudur? – Ağstafada tender müəmması

 Ötən gün Ağstafa rayon İcra Hakimiyyəti daha bir tenderin nəticəsini elan edib. Tribunainfo.az xəbər verir ki, bu tender rayonda yolların təmiri işlərini əhatə edəcək.
Rəsmi qaynaqlarda qeyd edilir ki, tenderin qalibi “ELTA DEVELOPMENT” QSC olub. Tərəflər arasında 311 min 520 manatlıq müqavilə imzalanıb.
Tribunainfo.az açıq mənbələr üzərindən araşdırma apararaq, son bir ildə Ağstafa İcra Hakimiyyətinin gördüyü işlərlə maraqlanıb.
Məlum olub ki, son bir ildə İcra Hakimiyyəti 7 tender keçirib. Maraqlı məqam isə odur ki, həmin tendderlərdən 4-ü eyni şirkətə verilib. Söhbət “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” MMC-dən gedir.
Açıq mənbələrdə qeyd edilir ki, sözügedən MMC bu ilin yayında aztəminatlı ailələrin mənzil şəraitlərinin yaxşılaşdırılması üçün tikinti materiallarının alınmasını reallaşdırıb və bunun müqabilində 76 min 582 manat pul alıb.
Ötən ilin dekabrında da “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” aztəminatlı ailələrin mənzil şəraitlərinin yaxşılaşdırılması üçün tikinti materiallarının alınması məsələsində Ağstafa İcra Hakimiyyəti ilə anlaşıb. Bu anlaşmanın dəyəri isə 29 min 923 manat olub.
Bundan başqa, şirkət İcra Hakimiyyətinin daha iki tenderinin də qalibi olub. Onlardan biri Ağstafa rayonunda yolların əsaslı təmiri işlərinin satınalınması (401 min 818 manat), ikincisi isə 2024-cü ildə abadlıq işlərinin satınalınması (199 min manat) olub.
Qeyd edədk ki, sözügedən şirkət 2005-ci ildə yaradılıb. 10 manat nizamnamə kapitalına malik olan “Harmony İndustrial Construction and Engineering Group” MMC-nin direktoru Orucov Əlövsət Bilal oğludur. Şirkətin hüquqi ünvanı isə Ceyhun Hacıbəyli küçəsi, ev 52, mənzil 20-də yerləşir.
Araşdırma zamanı bəlli olub ki, bu ünvanda daha iki şirkət qeydiyyatdadır. Onlardan biri “Piramida-2001” MMC, digəri isə “A-Marble” MMC-dir. Əlövsət Orucov həm də “A-Marble” MMC-nin qanuni təmsilçisidir. “Piramida-2001” MMC də onun nəzarətindədir. Bu şirkətin qanuni təmsilçisi Orucova Maya Zülfüqar qızı olub. Ehtimal olunur ki, Maya Orucova Əlövsət Orucovun xanımıdır.
Xatırladaq ki, Ağstafanın icra başçısı Seymur Vaqif oğlu Orucovdur. Onun Əlövsət Orucovla hansı qohumluq əlaqəsinə malik olması barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Lakin belə bir ehtimal var ki, Maya Orucova ilə Seymur Orucov yaxın qohumdurlar. Daha doğrusu, güman edilir ki, Maya Orucova ilə Seymur Orucov arasında yaxın qohumluq əlaqəsi mövcuddur.
Tərəfləri dinləməyə hazırıq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
3 11 2025
2 11 2025
2 11 2025
2 11 2025
2 11 2025
2 11 2025
2 11 2025
2 11 2025
2 11 2025
2 11 2025