Dünya (18-01-2023, 14:14)
"Daxili işlər nazirinin ölümü təxribat ola bilər" - Geraşenko

Mediatv.az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Geraşenko öz "Telegram" kanalında yazıb.
"Faciənin səbəbləri müstəntiqlər tərəfindən müəyyən edilir. Bunun təxribat, avadanlığın nasazlığı, uçuş təhlükəsizliyi qaydalarının pozulması olub-olmadığını, biz tezliklə öyrənəcəyik”, - Geraşenko bildirib.
O, helikopterin qəzaya uğraması nəticəsində Ukraynanın dövlət xadimləri də daxil olmaqla, göyərtəsində olan hər kəsin: Ukraynanın daxili işlər naziri Denis Monastırski, onun müavini Yevgeni Enin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviçin həlak olmasına aydınlıq gətirib. Geraşenko qəzada həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, onları “Ukraynanın vətənpərvərləri” adlandırıb.
Qeyd edək ki, hadisə yanvarın 18-də səhər saatlarında baş verib. Helikopter Kiyev vilayətindəki Brovarıda, uşaq bağçası və yaşayış binasının yaxınlığında qəzaya uğrayıb. Hadisə zamanı uşaqlar və müəssisənin əməkdaşları bağçada olub, onlar təxliyə olunub.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025
13 05 2025