Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (9-02-2021, 18:49)
Keçmiş deputatın evi və maşını əlindən alına bilər


Keçmiş deputat Gültəkin Hacıbəyli maşınını və evini itirə bilər. O, məhkəmə qərarıyla üzərinə qoyulmuş 85 min manat ödəmək öhdəliyini 10 gün ərzində yerinə yetirməlidir. Keçmiş deputata xəbərdarlıq edilib ki, Nəsimi Rayon İcra Şöbəsində onun haqqında məhkəmə qərarı üzrə artıq icraat başlayıb.
Söhbət G.Hacıbəylinin keçmiş qayınanası Nəhayət Məmmədovanın iddiası üzrə çıxarılmış məhkəmə qərarından gedir. N.Məmmədova iddia edir ki, 2003-cü ildə G.Hacıbəyli evini onun vəsaiti hesabına təmir etdirib, amma xərclənmiş pulu qaytarmayıb. Onun 85 min manatlıq iddiasını Nəsimi Rayon Məhkəməsi təmin edib. Apellyasiya və kassasiya instansiya məhkəmələri də bu qərarı qüvvədə saxlayıb.
G.Hacıbəyli bildirib ki, bu qərarlardan Avropa Məhkəməsinə şikayət edib. O, iddianın yalan, məhkəmə qərarlarının da qanunsuz olduğunu deyib. Keçmiş deputat bildirib ki, məhkəmə qərarlarında onun evi təmir etdirdiyi iddia olunan vaxt artıq M.Mehdiyevlə boşanmışdı, onun həm özü, həm də ailə üzvləri ilə münasibətləri də gərgin idi. O vurğulayıb ki, belə bir vaxtda keçmiş qayınanasının onun evini təmir etdirməsi də absurddur: "Biz bu iddianın yalan olduğunu təsdiqləyən faktları ortaya qoyduq. Amma məhkəmələr o sübutların heç birini nəzərə almadı".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024