Sosial / Slayd (20-05-2014, 20:37)
Keçmiş əri Gültəkin Hacıbəyliyə şok yaşatdı
Bu gün - mayın 20-də Ali Məhkəmədə hakim İslam Əliyevin sədrliyi ilə sabiq deputat Gültəkin Hacibəylinin Nəsimi Rayon Məhkəməsinin qərarından şikayətinə baxılıb.
Virtualaz.org - un məlumatına görə, hakim G.Hacıbəylinin şikayətini qismən təmin edib. Belə ki, sabiq deputatın keçmiş həyat yoldaşı Mahmud Mehdiyev hazırda anası G.Hacıbəyli ilə qalan oğlu Toğrulla həftənin 5 yox, 3 günü görüşə biləcək.
G.Hacıbəyli isə oğlunun atası ilə görüşməsinə qadağan qoyulmasını tələb edib. Lakin hakim tələbi yerinə yetirməyib.
Mahmud Mehdiyev isə bildirdi ki, qərar veriləndən sonra 9 yaşlı oğlu ilə heç bir problem olmadan görüşə biləcək: “Artıq oğlumla görüşməyimə heç kim mane ola bilməyəcək. Qərar qüvvəyə minəndən sonra onunla sərbəst görüşə biləcəyəm”.
Qeyd edək ki, sabiq deputat oğlunun atası ilə görüşməsini övladının əlindən alınması kimi qiymətləndirib və geniş ictimai kampaniya başlamağa çalışıb. G.Hacıbəyli bu vaxtadək oğlunun atası ilə görüşməsinə hər vəchlə mane olmağa da çalışıb. Ona görə də son məhkəmə qərarının sabiq deputatdan ötrü heç də “yaxşı nəticə” olmadığı özlüyündə də aydındır.