Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (18-08-2020, 17:57)
Restoranlar müştəri, müştərilər pul tapmır - REPORTAJ

 Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində elan edilmiş sərtləşdirilmiş karantin rejimində dəyişiklik haqqında qərarına əsasən, avqustun 18-dən etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq havada xidmət göstərilməsinə icazə verilib.

Cebhe.info-nun əməkdaşı şəhərdə bir neçə kafe və restoranı gəzərək vəziyyətlə maraqlanıb.

Müştərilər geri qayıtmayıb

İlk baxışda diqqətiçəkən o idi ki, açıq havada fəaliyyət göstərən restoran və kafelərdə pandemiyadan əvvəlki dövrdəki kimi müştəri sıxlığı müşahidə olunmurdu. Hətta bəzi kafelərdə heç müştəri yox idi. Ən çox müştərini çayxanalarda, Nizami küçəsi və ya "Tarqovı" alanan ərazidəki restoranlarda müşahidə etdik. Maraq üçün restoran işçiləri ilə də bəzi məsələləri danışdıq.

Ümid axşama qalıb

Müsahibmiz olan Niyaz adlı əməkdaş bildirdi ki, açıq havada fəaliyyətə icazə verilməsinə baxmayaraq, müştrilən binaya daxil olaraq sanitar qovqaşlardan istifadə edə bilərlər:

“Müştərilərimizin restoranın içərisinə keçib əllərini yumalarına maneə yoxdur. Lakin restorana daxil olan andan maska taxıb oturanadək bu qaydada davam edilməlidir. Əgər müştərimizdə maska olmasa, kafe özü ona maska verir. Bu vacibdir. Menyumuz da dəyişməyib. Elə qiymətlər də sonuncu fəaliyyət günündəki kimidir. Müştəri sıxlığı əsasən saat 13:00-dan sonra olur. Yəni dəyişən tək şey karantin qaydaları ilə bağlıdır. Bizdə bir masada ən çox 4 nəfər otura bilir. Əsasən axşamtərəfi müştəri intensivliyi artacaq”.

Bu ərazidə yerləşən “McDonalds”ın fərqli xidməti isə diqqətimiz cəlb etdi. Belə ki, insanlar restoranın qarşısında dayanıb işçilər vasitəsiylə sifarişlərini verirlər. Sifarişi götürən işçi onu içəri təqdim edir və müştərinin sifarişləri çöldə ona təqdim olunur. Bir növ səyyar satış kimi…

“İnsan evdə oturmaqdan da xəstə olur”

Kafe və restoranın müştəriləri ilə söhbətdən məlum oldu ki, əksəriyyəti ya evdə oturmaqdan sıxılıb, ya da virusun varlığına inanmır. “Qardaş, nə qədər evdə oturmaq olar? İnsan evdə oturmaqdan da xəstə olur. Ya əsəb xəstəsi olursan, ya da psixoloji olaraq digər xəstəliklərlə üzləşirsən. Adam virusun varlığına da inana bilmir. Kim ölürsə, ölüm səbəbinin koronavirus olduğunu deyirlər. Mən insan tanıyıram ki, 30 ildir ürək xəstəsidir. Ölən kimi koronavirus diaqnozu qoyuldu. Biz də ölsək, heç olmasa yemək yeyib istirahət edərkən ölərik(gülür), - deyə müştərilərdən biri bildirir.

Onu da əlavə edir ki, hər şeyə baxmayaraq dövlətin qoyduğu qaydalara əməl edirlər.

“Kimdə pul var ki, ora da getsin”

Çay evlərində kafe və restoranlara nisbətən müştəri çoxluğu da diqqətimizi cəlb etdi. Səbəb təbii ki, ilk növbədə qiymət fərqindədir. Çay içən ortayaşlı müştəri ilə həmsöhbət olduq. Daha güvənsiz olan çayxanalara üz tutduqlarının səbəbini soruşduq.

Ona görə güvənsiz deyirəm ki, bir stəkandan bir neçə nəfər çay içir və necə yuyulması ilə kimsə maraqlanmır. Ən yaxşı halda çaynikdəki qaynar sudan stəkana töküb yaxalamaqla müştəri özünü qorumağa çalışır. Lakin müsahiblərimzin də maraqlı cavabları oldu:

“Kafelərə getmək olmur, ona görə ki, orada hər şey od qiymətinədir. Karantin dövründə kimdə pul var ki, ora da getsin. Həm də kafedəki yeməyin tərkibi nədir, necə ərsəyə gəlir, bilinmir. Çayxanada isə verilən çay qaynayıb. Ən azından bilirik ki, qaynaması zərərli maddələri öldürür. Üstəlik çay ucuzdur. Bir çay içib dost-tanışla söhbət edirik. Nə var restoranda, kafedə”.

Onlar da yoxlayır…

Biz müştərilərlə danışarkən karantin qaydalarına nəzarət edən səlahiyyətlilərin də iş başında olduğunu müşahidə etdik. Onlar da çayxana sahibinə karantin qaydaları ilə bağlı xatırlatmalar edir, müştəriləri sosial məsafə qaydalarına əməl edilməsində diqqətli olmağa çağırırdılar.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024