Cəmiyyət           / Sağlamlıq (9-01-2020, 16:30)
 Evlənmək istədilər, QİÇS olduqları üzə çıxdı 
	 Dekabr ərzində nikaha daxil olmaq istəyən və icbari tibbi müayinədən keçən 36 nəfərdə sifilis, 15 nəfərdə isə QİÇS aşkar edilib.
 Dekabr ərzində nikaha daxil olmaq istəyən və icbari tibbi müayinədən keçən 36 nəfərdə sifilis, 15 nəfərdə isə QİÇS aşkar edilib.Bunu Oxu.Az-a açıqlamasında Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Onun sözlərinə görə, ötən ay ərzində ümumilikdə nikaha daxil olmaq istəyən 9149 nəfərin icbari tibbi müayinəsi həyata keçirilib:
“265 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan üç cütlük müəyyənləşdirilib”.
Z.Əlimirzəyeva bildirib ki, 2019-cu il ərzində nikaha daxil olmaq üçün 135551 nəfər müayinədən keçib:
“Onlardan 3658 nəfərdə talassemiya daşıyıcılığı, 381 nəfərdə sifilis, 150 nəfərdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 46 olub.
2015-ci ildən indiyədək 635364 nəfərdə qan müayinəsi aparılıb.
21893 cütlükdən birində talassemiya daşıyıcılığı, 235 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 2109 nəfərdə sifilis, 605 nəfərdə HİV(QİÇS) qeydə alınıb.
Qeyd edək ki, 1 iyun 2015-ci ildən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçməsi mütləq sayılır.
 
						Reklam
					
                
				
						Ən çox oxunanlar
					
 
				
						• Sorğu
					
               Saytımızı bəyəndiniz?
Xəbər lenti
				                31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
								 









 
				














 
	 
	 
	 
	