Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (16-10-2019, 18:00)
Tünd şokoladın 7 faydası

Tünd şokolad kakao ağacının toxumlarından hazırlanır və sağlamlığınıza müsbət təsir edə biləcək bol miqdarda qidalandırıcı maddə ilə zəngindir.
Şokolad ən yaxşı antioksidant mənbələrindən biridir. Tədqiqatlar göstərir ki, tünd şokolad sağlamlığınıza müsbət təsir edir və ürək xəstəliyi riskini azaldır.
Siz bu yazıda tünd şokolad və ya kakaonun elmi cəhətdən sübut edilmiş yeddi faydası haqqında məlumat alacaqsınız.
1. Yaxşı qidalandırıcıdır
Əgər siz kakao tərkibli yüksək keyfiyyətli tünd şokolad alsanız, o orqanizminiz üçün içindəki liflər və minerallar sayəsində çox qidalandırıcı olacaq.
Belə ki, 100 qram 70-85 faiz kakao tərkibli tünd şokolad:
- 11 qram lifdən
- Gündəlik dəmir normasının 67 faizdən
- 58 faiz DN Maqnezium
- 89 faiz DN bal
- 98 faiz marqans
- Bununla yanaşı, bol miqdarda kalium, fosfor, sink və selendən ibarətdir.
Əlbəttə ki, gündəlik 100 qram şokolad həm də kifayət qədər böyük kaloridir. Belə ki, bir qutu şokoladda 600 kalori və orta miqdarda şəkər var. Buna görə tünd şokalad gündəlik qida rasionu üçün ən yaxşı seçim hesab olunur.
Kakao və tünd şokoladdakı yağ turşusu profili də yüksəkdir. Yağlar, əsasən, doymuş və doymamış, bir qədər isə az miqdarda doymamış tərkibdə olur.
Şokoladın tərkibində, həmçinin, kofein və teobromin kimi stimullaşdırıcılar da var. Lakin şokoladda onlar kofe ilə müqayisədə o qədər azdır ki, gecə yuxunuza mane olmayacaq.
Xülasə
Yüksək keyfiyyətli tünd şokolad lif, dəmir, maqnezium, mis, manqan və bir sıra digər minerallarla zəngindir.
2. Güclü antioksidant mənbəyi
ORAC indeksi – bu, qidaların sərbəst radikalları udma qabiliyyətini ifadə edən antioksidant aktivliyinin göstəricisidir. Tədqiqatçılar hər hansı qida nümunəsində bir qrup sərbəst radikal yaradır və müvafiq məhsuldakı antioksidantların onları necə mənimsəyəcəyini müşahidə edir.
ORAC dəyərlərinin bioloji dəyəri isə sual altında qalır. Çünki onlar in vitro ilə ölçülür və orqanizmdə eyni təsir göstərə bilmir. Belə ki, onların aktivləşdikləri mühit vacibdir.
Bununla birlikdə, qeyd etmək lazımdır ki, üyüdülməmiş kakao paxlası ən yüksək tərkibli qidalardan biridir. Tünd şokoladın tərkibində bioloji cəhətdən aktiv və antioksidant kimi fəaliyyət göstərən üzvi birləşmələr var. Bunlara polifenollar, flavanollar və katexinlər daxildir. Tədqiqat kakao və tünd şokoladdakı polifenollar və flavanolların digər test edilmiş meyvələrə, o cümlədən, giləmeyvələrə nisbətən daha çox antioksidant aktivliyinə sahib olduğunu göstərir.
Xülasə
Kakao və tünd şokolad geniş spektrli güclü antioksidantlara malikdir.
3. Qan dövranını yaxşılaşdırır və qan təzyiqini aşağı salır
Tünd şokoladda olan flavanollar endotili stimullaşdırır - damarların selikli qişasında azot oksidi (NO) əmələ gətirir. NO-nun funksiyalarından biri damarları rahatlatmaq və qan təzyiqini aşağı salmaq üçün siqnal göndərməkdir. Aparılan tədqiqatlar, kakao və tünd şokoladın qan dövranını yaxşılaşdırdığı və aşağı təzyiqə müsbət təsir etdiyini göstərir.
Xülasə
Kakaoda olan bioloji aktiv maddələr damarlarda qan dövranını yaxşılaşdıra və qan təzyiqinin kiçik, lakin statistik cəhətdən əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər.
4. “Yaxşı” xolesterolu (HDL) artırır və “pis” xolesterolun (LDL) oksidləşməsinin qarşısını alır.
Tünd şokolad yemək ürək xəstəliyi riskini azalda bilər. Aparılan araşdırmalarda kakao tozunun kişilərdə oksidləşən “pis” LDL xolesterolunu əhəmiyyətli dərəcədə azaltdığı müşahidə olunur. Kakao tozu ümumilikdə HDL-i artırır və yüksək xolesterolu olan insanlarda ümumi LDL-i azaldır. Oksidləşdirilmiş LDL xolesterolu sərbəst radikallarla reaksiyaya girərək, LDL hissəciklərini reaktiv hala gətirir və ürəkdəki damarların selikli qişası, eləcə də, digər toxumalara zərər verir.
Kakaonun oksidləşən LDL səviyyəsini azaltdığı məlum olub. Tərkibində qan dövranına daxil olan və lipoproteinləri oksidləşdirici zərərdən qoruyan bir çox güclü antioksidant var. Tünd şokolad həm də insulin miqdarını azalda bilir ki, bu da ürək xəstəliyi, diabet kimi bir çox xəstəlikdə ümumi risk faktorudur.
Xülasə
Tünd şokolad, LDL-in oksidləşdirici ziyana qarşı həssaslığını azaldır, bununla yanaşı, HDL-i və insulin həssaslığını artırır.
5. Ürək xəstəliyi riskini azaldır
Tünd şokoladdakı birləşmələr LDL oksidləşməsindən yüksək dərəcədə qorunur. Bu da o deməkdir ki, tünd şokolad damarlarda xolesterolun azalmasına gətirir, bu isə ürək xəstəliyi riskini azaldır. Əslində, bəzi uzunmüddətli müşahidələr olduqca gözlənilməz yaxşılaşma göstərir.
470 yaşlı kişi arasında aparılan araşdırma kakaonun 15 il ərzində ürək-damar xəstəliklərindən ölüm riskini 50 faiz azaltdığını göstərib.
Digər bir araşdırma, həftədə iki və ya daha çox şokolad istifadəsinin damarlarda kalsifikasiya riskini 32 faiz azaltdığı görünüb.
Digər bir araşdırma isə tünd şokoladın həftədə beş dəfədən çox istifadənin ürək xəstəliyi riskini 57 faiz azaltdığını müəyyən edib.
Əlbəttə ki, bu üç tədqiqat yalnız müşahidə tədqiqatlarıdır, buna görə riskin azalma səbəbinin məhz şokolad olduğunu sübut etmək olmur.
Bioloji effekt məlum olduğu üçün (qan təzyiqi azalır və LDL oksidləşir), tünd şokoladın müntəzəm istehlakının ürək xəstəlikləri riskini azalda biləcəyi ehtimal olunur.
Xülasə
Tədqiqatlar müntəzəm olaraq tünd şokolad istehlak edənlər arasında ürək xəstəliyi riskinin kəskin azaldığını göstərir.
6. Dərini günəşdən qoruyur
Tünd şokoladdakı aktiv maddələr dərinizə yaxşı təsir edir. Flavonollar günəş işığının təsirindən qoruyur, dəridə qan dövranı yaxşılaşır, dəri sıxlığı və nəmlənməsi artır. Minimal eritema dozası (MED), məruz qaldıqdan 24 saat sonra dərini qızartmaq üçün lazım olan UVB şüalarının minimum miqdarıdır. 30 nəfərlik bir araşdırma göstərdi ki, MED 12 həftə boyunca yüksək flavanol tərkibi olan tünd şokolad yedikdən sonra ikiqat artdı.
Əgər çimərlik tətili planlaşdırırsınızsa, kakao tərkibili aşılayıcı sprey almaq yalnız qaralma səviyyənizi artırmayacaq, həm də dərinizi radiasiyadan qoruyacaq.
Xülasə
Tədqiqatlar göstərir ki, kakao flavanolları dəridə qan dövranını yaxşılaşdıra və günəşin zərərli təsirindən qoruya bilər.
7. Beyin funksiyalarını yaxşılaşdırır
Şad xəbərlər hələ bitməyib. Tünd şokolad beyin funksiyalarınızı da yaxşılaşdıra bilər. Sağlam insanlarla aparılan araşdırma beş gün ərzində yüksək flavanol tərkibi olan kakaonun beyinə qan axınını yaxşılaşdırdığını müəyyən edib.
Kakao həm də psixi pozğunluqları və nitq problemləri olan yaşlı insanların beyninin koqnitiv funksiyanı əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Kakaonun tərkibində stimullaşdırıcı maddələr, kofein və teobromin var ki, bu da qısa müddətdə beyin funksiyasının normallaşdırılmasının əsas səbəbidir.
Xülasə
Kakao və ya tünd şokolad qan axınını artıraraq, beyin funksiyasını yaxşılaşdıra bilər. Onun tərkibində kofein və teobromin kimi stimulantlar var.
Kakaonun xüsusilə ürək xəstəliklərindən qoruyaraq sağlamlığa böyük fayda verə biləcəyinə dair bir çox dəlil var. Ancaq əlbəttə ki, bu gün ərzində çox miqdarda şokolad yeməyinizə əsas vermir. Kalorini unutmayın!
Şokoladdan kalori almadan faydalanmaq istəyirsinizsə, qaymaq və ya şəkərsiz isti kakao için.
Bəs ən yaxşı tünd şokoladı necə seçmək olar? Prinsip budur: tərkibində 70 faiz və daha çox kakao olan tünd şokolad ən yaxşı şokolad hesab olunur. Kakaonun faizi nə qədər yüksək olarsa, şəkər o qədər az olar.
Ümumiyyətlə, sağlam qidalar, adətən, daha dadsız olur. Şokolad isə həm gözəl dadı, həm də böyük faydası olan nadir qidalardandır.
шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024