Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (4-02-2017, 22:17)
“Veysəloğlu” şirkəti bir sıra məhsulları ucuzlaşdırdı – 25 faiz

sokolad

“Ulduz” şokolad fabriki məhsulların qiymətlərini azaldıb.

Mediatv.az:  Bu barədə BakiPost.az-a “Veysəloğlu” şirkətlər qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov məlumat verib.

Bildirib ki, fabrikin karamel məhsulları 20-22 faiz, şokolad məhsulları isə 25 faiz ucuzlaşıb: “Məlumdur ki, fabrikimiz devalvasiyalar zamanı elə də qiymət artımına getməmişdi. Belə ki, respublikada baş vermiş birinci devalvasiyada, ümumiyyətlə fabrikin məhsullarında qiymət artımı olmamışdı. İkinci devalvasiyadan sonra isə fabrik bir qədər artım etmişdi. Baxmayaraq ki, fabrikin istehsalında istifadə etdiyi xammal ehtiyatının 80 faizi idxal üzərindən gəlir.

Hazırda isə ölkədə əhalinin sosial vəziyyəti, eyni zamanda alıcılıq qabiliyyəti nəzərə alaraq bu endirim edilib. Qiymət azaldılması satışda qiymət strategiyasıdır. Yəni bu, hansısa müvəqqəti kampaniya deyil. Ümumilikdə edilmiş birdəfəlik endirimdir”.

Şirkət rəsmisi qeyd edib ki, fabrikin məhsullarının qiymətində edilən dəyişiklik yaxın 1-2 gün ərzində bütün respublika ərazisini əhatə edəcək: “Karamellər ötən ilin sentyabrından, şokoladlar isə bu ilin fevralın 1-dən ucuzlaşıb”.

İlham Məmmədov vurğulayıb ki, qiymətlərin aşağı salınmasının səbəblərindən biri də istehsal həcminin artırılmasıdır: “Məhsulların keyfiyyəti əvvəl olduğu kimi qalıb. Heç bir dəyişiklik yoxdur. Bundan sonra da ola bilməz.

Ümumiyyətlə, fabrik şokolad istehsalında tərkibində donuz piy olan heç bir qatqıdan istifadə etmir. Fabrik tam hallaqlıq sertifikatları əsasında fəaliyyət göstərir”.

İ. Məmmədovun sözlərinə görə, “Ulduz” şokolad fabriki dünyanın 20-yə yaxın ölkəsinə məhsul ixrac edir: “Əsas məqsəd Azərbaycanın rəqabətə qabiliyyətli məhsulunu istehsal edib daxili bazarla yanaşı, xarici bazara da çıxarmaqdır. Bu gün də fabrikin istehsalının böyük bir hissəsi xaricə ixrac olunur. Dünyanın 20-ə yaxın ölkəsində fabrikin məhsulları “Azərbaycan malı” (“Made in Azerbaijan”) adı altında ölkəmizi uğurla təmsil edir”.

шаблоны для dle 11.2

Xəbər lenti
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024