Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (28-08-2019, 18:01)
Spirtli içkiləri gömrükdən gizlicə keçirdi, amma sata bilmədi

 
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə "Mercedes-Benz E300" markalı nəqliyyat vasitəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan spirtli içkilərin olduğu barədə məlumat daxil olub.
Komitədən Oxu.Az-a bildirilib ki Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həmin avtomobil Gəncə şəhəri ərazisində saxlanılıb və baxış keçirilib.
Baxış zamanı Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinin salonunda və yük yerindəki sellofan torbalarda spirtli içkilərin olduğu müəyyən edilib. Sellofan torbalara ətraflı baxış keçirilməsi üçün avtomobil Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib.
Yoxlama zamanı sellofan torbaların içərisində 1 litrlik, üzərində "Bombay Sapphire" yazılan 27 ədəd, üzərində "Aperon" yazılan 14 ədəd, üzərində "Jameson" yazılan 26 ədəd, üzərində "Sierra" yazılan 30 ədəd, üzərində "Bacardi" yazılan 28 ədəd, üzərində "Finlandia" yazılan 7 ədəd, üzərində "Jim Beam" yazılan 18 ədəd, üzərində "Optium Ron Blanco" yazılan 6 ədəd, üzərində "Optimum Premium Black" yazılan 5 ədəd, üzərində "Ballantines" yazılan 10 ədəd və 0.5 litrlik, üzərində "Yeni Rakı" yazılan 30 ədəd Azərbaycan aksiz markası ilə markalanmayan spirtli içkilər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.


шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024