Cəmiyyət (20-08-2019, 11:09)
"Ağacan Əbiyev 6 dəfə Azərbaycan çempionu olub, SSRİ-də iki finala çıxıb"
Sosial şəbəkələrdə Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti, professor Ağacan Əbiyevin guya məşhur boksçu Məhəmməd Əli haqqında söylədiyi fikirlər paylaşılaraq, müzakirəyə çıxarılıb. Paylaşımlarda bildirilir ki, Ağacan Əbiyev müsahibələrinin birində Məhəmməd Əli haqqında aşağıdakıları söyləyib:
“Mən Məhəmməd Əli ilə Amerikada görüşmüşəm. Mən 57 kiloqram, Məhəmməd Əli isə ağır çəkidə mübarizə aparıb. Aramızda çəki fərqi olduğu üçün bizim rinqdə görüşümüz baş tutmayıb”.
Bəs Ağacan Əbiyev doğrudan da bu cür fikir səsləndiribmi?
“Yeni Müsavat”a danışan Ağacan Əbiyev söylədi ki, o, bu cür savadsız cümlələr işlətməz. Bildirdi ki, onun adından belə fikirlər paylaşanlara cavab vermək istəmir. Lakin söhbətimiz əsasında müəyyən məsələlərə aydınlıq gətirdi:
“Birincisi, Məhəmməd Əli barəsində məndən müsahibəni iki il öncə alıblar. Həmin zaman da bu cür fikirlər işlətməmişəm. İndi durub bunu haradan yada salıblar. 1998-ci ildə mən Məhəmməd Əlinin 55 illiyi ilə bağlı doğulduğu şəhərdə keçirilən beynəlxalq turnirdə iştirak etmişəm. Orada şəxsən Əli ilə görüşdüm, ona Azərbaycan xalçası bağışladım. Mənim ona münasibətim çox yüksəkdir. Yəni yalnız o zaman görüşmüşəm. Məhəmməd Əlinin çəkisi 95 kilo idi. Mənim isə çəkim 57 kiloqram olub. Onunla işləyə bilərdim? Bunu başa düşürlərmi?”
Ağacan Əbiyev gündəlik həyatı barədə də danışıb. O bildirib ki, səhər idmanına xüsusi önəm verir:
“Hər səhər yarım saat idmanla məşğul oluram. Bunu hesab edirəm ki, hər kəs etməlidir. Çünki insana böyük faydası var. Səhər idmanının faydaları barədə bu yaxınlarda məqalə də yazmağı düşünürəm. Səhərlər idman etmək ilk növbədə insanın ürəyi üçün faydalıdır. Əgər ürəyinin sənə 100 il qulluq etməyini istəyirsənsə, səhər heç olmasa 10 dəqiqə qaçmaq lazımdır ki, ürək dincəlsin. Məndən soruşurlar ki, Ağacan müəllim, insan qaçanda bəyəm ürəyi dincəlir? Deyirəm ki, siz axı insan orqanizmi haqqında məlumatlı deyilsiniz. Biz qaçdığımız zaman hər saniyədə 1 dəfə çəkisiz vəziyyətdə oluruq. O zaman isə bizim ürəyimiz dincəlir. Çünki çəkisiz qanı vurur. Ağacan Əbiyev 6 dəfə Azərbaycan çempionu olub, SSRİ-də iki finala çıxıb. 1957-ci ildə Zaqafqaziya spartakiadasında SSRİ-də ikinci olan Qrant Sarkisyanı nakaut edib. Bu yarışda birinci oldum və SSRİ idman ustası statusu aldım. Bu zaman 20 yaşım vardı. 1964-cü ildə mənə SSRİ-nin fəxri idman ustası statusunu veriblər. Mən 10 ildən çox məşqçi işləmiş, idman ustaları hazırlamış və Azərbaycan boksuna xidmət etmişəm. İkincisi, mən hakiməm. 25 il dünyanın müxtəlif ölkələrində - SSRİ, ABŞ və Avropada hakimlik etmişəm. SSRİ ölkələrində yeganə hakim Ağacan Əbiyevdir ki, Olimpiya oyunlarının baş hakimi olub. Əlbəttə, Ağacan hara, Məhəmməd Əli hara. Əlinin çəkisi 100 kiloqram idi, mənimki 57. İkincisi, Əli həm olimpiya çempionu olub, həm də peşəkar boksda uzun illər vuruşub. Mənsə həvəskar boksçu, Azərbaycan çempionu ola-ola həm də Politexnik İnstitutunda təhsil almışam. Yəni mən nə dünya çempionu olmuşam, nə də olimpiya çempionu. İdmandan xəbəri olan adam bu cür fikirlər yazmaz. Bu, camaatı dolamaq, aldatmaqdır. Onu yazana demək lazımdır ki, niyə camaatı dolamısan? Ağacan Məhəmməd Əli ilə necə görüşə bilərdi? Bunu bilmirlər? Yoxsa mən yaşda kişini dolayıblar? Əgər 82 yaşında kişini belə dolayırlarsa, qoy Allah onları dolasın”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024