Cəmiyyət (15-04-2019, 18:00)
İnternat məktəbində uşaqların döyüldüyü iddia edilir - Müəllim nazirliyə çağırıldı

Müəllim 2017-ci ildə sözügedən müəssisədə 2 həftə dərs dediyini və bu müddət ərzində uşaqların döyüldüyünü, dərs vəsaitlərinin olmadığını, ərzaq məhsullarının direktor tərəfindən satışa çıxarıldığını qeyd edib.
Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ötən gün Leyla Ucalın şəxsi “Facebook” səhifəsində 2 nömrəli ümumi orta internat məktəbi ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirmək məqsədilə o, nazirliyə dəvət olunub:
“Həmin xanım Təhsil Nazirliyinə dəvət edilib. Qeyd olunan məsələnin təfərrüatı bu gün onun iştirakı ilə müzakirə ediləcək.
Məlumat üçün bildirək ki, son bir neçə il ərzində internat məktəblərində olan şəraitlə bağlı müxtəlif media qurumlarının iştirakı ilə dəfərlərlə tanışlıq səfərləri təşkil edilib və Nazirlik bu kimi məsələlərdə ictimai nəzarət funksiyasına həmişə xüsusi önəm verib”.
Təhsil Nazirliyi tərəfindən məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025