Gündəm / Slayd (8-07-2014, 17:46)
İnternat direktorlarının 2 milyonluq mənimsəmə davası – QALMAQAL
Təhsil Nazirliynin De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsinnin nəzdində fəaliyyət göstərən 3 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün xüsusi tipli İnternat məktəbində Maliyyə Nazirliynin həyata keçirdiyi yoxlama zamanı 2 milyona yaxın mənimsəmə faktı aşkarlanıb. Maliyyə yoxlaması 2010-2014-cü illəri əhatə edib və bu zaman 1 milyon 800 min manatlıq yeyinti aşkar edilib. Maliyyə yeyintisinin yerinin doldurulması ilə bağlı 3 saylı internat məktəbin direktoru Baha Kərimovaya vaxt verildiyi bildirilir.
Bu barədə məlumat yayan azgenc.az saytının yazdığına görə Bahar Kərimova mənimsənilən vəsaitin yerinin dolurulması üçün 1 saylı internat məktəbin sabiq direktoru Tanrıverdi Əliyevlə paytaxtın tanınmış restoranlarından birində görüşərək narşı tərəfdən külli miqdarda tələb edib. Qeyd edək ki, 1 saylı internat məktəbi 2 il əvvəl 3 saylı internat məktəbi ilə birləşdirilib və bu üzdən də Bahar Kərimova Tanrıverdi Əliyevdən mənimsəmələrə görə pul tələb edib. Bahar Kərimova tələbini bununla əsaslandırıb ki, yoxlama Tanrıverdi Əliyevin direktor olduğu iki ili də əhatə edib və buna görə də sabiq direktor mənimsədiyi pulları geri qaytarmalıdır. Saytın yazdığına görə Tanrıverdi Əliyev də öz növbəsində bildirib ki, o təhvil-təslim işlərini 2012-ci ildə həyata keçirib və hər şeyi Bahar Kərimovaya təhvil verib. Buna görə də heç bir şeyə görə məsuliyyət daşımır.
Saytın yaydığı məlumatda qeyd olunur ki, Bahar Kərimova əsəbiləşərək Tanrıverdi Əliyevdən yoxlamanı yola salmaq üçün ümumi məbləcin 1/5-ni tələb edib. Bundan sonra isə xanım direktor əsəblərini cilovlaya bilməyərək qarşısındakı stəkanı Tanrıverdi Əliyevə tullayıb və stəkan qarşı tərəfin başına dəyib. Restoranda qalxan dava-dalaş orda olan digər insanların diqqətini cəlb edib və bundan sonra Bahar Kərimova restoranı tərk edib.
Qeyd edək ki, 3 saylı xüsusi tipli internat məktəbinin direktoru Bahar Kərimova Təhsil Nazirliynin De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsinnin müdiri Məlahət Hacıyevanın yaxın rəfiqəsi hesab olunur və bu iki xanım haqqında mətbuatda davamlı olaraq korrupsiya faktları ilə bağlı məlumatlar dərc olunur. Hətta təhsil naziri Mikayıl Cabbarovun onu işdən azad edəcəyindən ehtiyat edən Məlahət Hacıyevanın rəfiqəsi Bahar Kərimovanı öz yerinə gətirmək istədiyi və bu y2olla çox saylı korrupsiya faktlarını ört-basdır etmək istədiyi haqqında da məlumat yayılmışdı.
Yazıda adı keçən şəxslərin mövqyeini dərc etməyə hazırıq…
pia.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024