Cəmiyyət (26-02-2019, 13:00)
Gəncədə Azərbaycan və Türkiyə cərrahlarının birgə konfransı keçirilib

İki günlük konfransın proqramını Laparoskopik Pankreas, Qaraciyər cərrahiyyəsi, Distal Pankreas rezeksiyası, Kəskin nekrotik pankreatitdə invaziv gastroenterologiyanın və invaziv radiologiyanın yeri, Hepatosellular xərçəngdə cərrahi və lokal müalicələr, Azərbaycanda HBP cərrahiyyəsinin və Qaraciyər transplantasiyasının mövcud vəziyyəti və digər mövzular təşkil edib.
Tədbir AMEA Müxbir üzvü, ATU I cərrahi xəstəliklər kafedrasının müdiri Prof. Dr. Nuru Bayramovun, Türkiyə Hepato Pankreato Biliyar cərrahhiyə cəmiyyətinin sədr müavini Prof. Dr. Mustafa Keremin və Gəncə Beynəlxalq Xəstəxanasının baş direktoru T.ü.f.d. Uzm. Dr. İlkin İsmayılovun çıxışları ilə başlanıb. Bir neçə elmi məruzədən sonra, Gəncə Beynəlxalq Xəstəxanasında Azərbaycan və Türk mütəxəssisləri tərəfindən icra olunan çox mürəkkəb qaraciyər əməliyyatı canlı yayım vasitəsilə konfrans zalında nümayiş olunub. Canlı yayım zamanı əməliyyatı icra edən cərrahlar, tətbiq edikləri texnikalarını şərh edərkən, iştirakçılar tərəfindən onlara coxsaylı suallar ünvanlanıb.
Konfrans 2-ci iş gününə, maraqlı məruzə və müzakirələrdəndən sonra növbəti canlı əməliyyat nümayişi ilə davam edib. İlk əməliyyatda olduğu kimi də cərrahların icra etdiyi müasir metodlar geniş müzakirəyə səbəb olub. Əməliyyat bitdikdən sonra məruzəçilər çıxışlarını davam etdirib.
Tədbirin sonunda iştirakçılarla xatirə fotosu çəkilərək, onlara sertifikatlar və hədiyyələr təqdim edilib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025