Təhsil (22-12-2018, 11:53)
BSU-da Azərbaycan təhsilində dəyərlər sistemi mövzusunda elmi konfrans keçirilib

R.Novruzov BSU-nun slavyan ölkələri ilə, o cümlədən Türkiyə Cümhuriyyəti, Yunanıstan Respublikası ilə Azərbaycanın əlaqələrinin genişlənməsində fəal rol oynadığını bildirib. O, bu günlərdə BSU-da 12 ölkənin səfirinin iştirakı ilə keçirilən “ Müasir cəmiyyət: beynəlxalq münasibətlər, gələcək naminə dialoq” adlı dəyirmi masanın ölkələrimiz arasında sülh və əməkdaşlığa xidmət etdiyini bildirib. O, hazırki elmi konfransı tələbə və magistrantların aktual problemlərə münasibəti kimi dəyərləndirib. R.Novruzov gənclərə üzünü tutaraq hər bir insanın cəmiyyətə fayda verməsi üçün təhsil və elmdən başqa yol olmadığını bildirib. O, Məhəmməd peyğəmbərin “Beşikdən qəbr evinədək öyrənin!” kəlamının bəşəriyyətin cəhalətdən çıxmasında mühüm rol oynadığını vurğulayıb.
Sonra söz çıxışçılara verilib. Bakı Slavyan Universitetinin müəllimi Qənirə Kazımova “Müəllim şəxsiyyəti və pedoqoji dəyərlər”, Həmidə Abdullayeva “Ailə dəyərləri və şəxsiyyətin formalaşmasına onun təsiri”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Könül Mollayeva “Şagirdlərin tədqiqatçılıq bacarıqlarının formalaşmasına təsir edən amillər” mövzusunda çıxış ediblər.
Sonra Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına həsr olunmuş dəyirmi masa keçirilib.
Konfrans öz işini “Rus dili və onun tədrisi metodikası”, “Azərbaycan dili və onun tədrisi metodikası”, “Ədəbiyyatın öyrənilməsinin təhsildə əhəmiyyəti”, “İbtidai və məktəbəqədər təhsil problemləri”, “Pedaqogikanın müasir problemləri”, “Psixologiya müasir təhsil sistemində”, “Təhsildə informasiya texnologiyalarından
istifadə məsələləri” adlı bölmələrdə davam etdirib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025