Cəmiyyət (1-11-2018, 10:03)
Regionların sosial- iqtisadi inkişafının Neftçala örnəyi
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği Neftçala rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyevin apardığı ideoloji işin başlıca istiqamətini təşkil edir.Neftçala rayonu üzrə əsas sosial-iqtisadi göstəricilər,o cümlədən ümumi məhsul buraxılışının həcmi ,sənaye məhsullarının,kənd təsərrüfatı məhsullarının ,tikinti işlərinin,əsas kapitala yönəldilən investisiyaların həcmi, nəqliyyat xidməti, rabitə xidməti, ticarət artmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmində, pərakəndə əmtəə dövriyyəsində artım müşahidə olunmuş, orta aylıq nominal əmək haqqı yüksəlmişdir.Əhalinin sosial-məişət problemlərinin öyrənilməsi, bilavasitə yerində həll edilməsi, icra orqanları və digər yuxarı təşkilatlarla əhali arasında daha sıx ünsiyyət yaradılması üçün ərazilərdə mütəmadi keçirilən görüşlərin böyük səmərəsi olur. Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür. RİH başçısı cənab İsmayıl Vəliyev dövlət başçısının tapşırığına əsasən hər həftənin müəyyən olunmuş günü kəndlərdə əhali ilə səyyar görüş-qəbullar keçirir, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verir.İsmayıl Vəliyev yüksək səmimiyyət şəraitində keçirilən belə görüşlərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin ildən-ilə daha da inkişaf edərək dünyada nüfuzunun artdığını, ordu quruculuğu sayəsində əldə olunan nailiyyətləri, əhalinin həyat səviyyəsinin dayanmadan yüksəldiyini qeyd edir, bütün məcburi köçkünlərin qayğılarının daim dövlətimizin nəzarətində olduğunu bildirir. Rayon rəhbəri çıxışlarında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində torpaqlarımızın yağı düşməndən azad ediləcəyi günün uzaqda olmadığını xüsusi qeyd edir, məcburi köçkünlərin tezliklə ata-baba yurdlarına dönəcəklərinə əminliyini vurğulayır.Səyyar qəbullarda bütün vətəndaşların müraciətləri dinlənilir. Müraciətlərlə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verən İsmayıl Vəliyev məsələlərin aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsinə göstəriş verir. Qəbullarda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə, RİH başçısına öz minnətdarlıqlarını bildirirlər.Bundan əlavə 2018-ci ilin ötən dövri ərzində ərzində görülmüş işlərlə bağlı statistik məlumatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlər yerinə yetirilib və uğurlar hər bir sahədə əldə olunub. Bütün bunlar isə makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaradır.Rayon İcra Hakimiyyəti 2018-ci ilin ötən ayları ərazisində təmir, tikinti və abadlıq işlərinin görülməsini diqqət mərkəzində saxlamış, həyata keçirilən işlərin keyfiyyətinə xüsusi önəm vermişdir. 2018-ci ilin ötən ayları ərazisində tikinti işlərində əsas kapitala yönəldilmiş investisiyanın ümumi həcmi 52 milyon 520 min manat təşkil etmişdir.O cümlədən,tikinti quraşdırma işlərinin həcmi 51milyon 236 min manat yerinə yetirilmişdir.Ötən ilin eyni dövrü ilə müqayisədə tikinti quraşdırma işləri 2,2% artmışdır.Cari ilin 9 ayında Neftçala şəhərinin H.Əliyev prospekti və 20 yanvar küçələrində 33 ədəd yeni işıq dirəkləri quraşdırılmış , Bankə qəsəbəsində yerləşən S.Vurğun parkının təmiri həyata keçirilmiş, Neftçala şəhəri Z.Məcidov 18və20 ünvanlarında çoxmənzilli yaşayış binalarının 1072 m2 dam örtüyü yenisi ilə əvəzlənmişdir.
Maliyyə göstəriciləri yaxşılaşır
Əlbəttə, dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır.Rəşid Manafovun rəhbərlik etdiyi Neftçala rayon maliyyə idarəsi dövlətin maliyyə siyasətinin rayonda uğurla həyata keçirmiş, nəzarət funksiyasını layiqincə yerinə yetirmiş, israfçılığa yol verilməməsi, maliyyə intizamına riayət edilməsi üçün gərəkən tədbirləri görmüş, dövlət vəsaitlərinin təyinatı üzrə və səmərəli xərclənməsi üçün yerli idarə, müəssisə və təşkilatlarda maarifləndirmə işləri aparmış, müəssisə rəhbərlərini və mühasibləri təlimatlandırmışdır. Əlbəttə, dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır. Maliyyə mütəxəssisi Rəşid müəllimin rəhbərlik etdiyi rayon Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir.İdarənin kollektivi 2018-ci ilin ötən dövri ərzində vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, maliyyə qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər. Habelə, uçotdan kənarda qalmış əsas vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir. İdarə tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər.Carı ilin ötən dövründə əhalinin nominal pul gəlirləri 214 milyon 610 min manat olmuş, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,4 % artmışdır. Adambaşına düşən pul gəlirləri 5,5 % artaraq 2 min 454 manat olmuşdur. Rayon üzrə bir işçinin orta aylıq əmək haqqı 300 manat təşkil edir. İlin əvvəlindən əhaliyə 190 milyon manatlıq istehlak malları satılmış və xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 3,9 % artaraq 165,2 milyon manata, pullu xidmətlərin həcmi 3,9 % çoxalaraq 21,7 milyon manata çatmışdır.2018-ci il üçün rayonun yerli gəlirləri və xərcləri 6 milyon 448 min manat təsdiq olunmuşdur. 2018-ci ilin 9 ayı ərzində büdcəyə 4 milyon 705 min manata qarşı 4 milyon 876 min manat vəsait daxil olmuş və ya 103,6 % icra olunmuş, yerli xərclər 4 milyon 594 min manata qarşı 4 milyon 234 min manat və ya 92,2 % icra olunmuşdur.
Kənd təsərrüfatı inkişaf edir
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Neftçala rayonunun aqrar bölməsi 2018-ci ilin ötən aylarını uğurla başa vurmuşdur.Belə ki,rayonda kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.Dövlət tərəfindən fermerlər üçün bir sıra güzəştlər müəyyən edilmişdir. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanları yaradılmışdır.Eyni zamanda əkin sahəsinin becərilməsində istifadə olunan yanacağın və motor yağlarının dəyərinin ödənilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması üçün dövlətimiz tərəfindən onlara subsidiyalar verilmişdir.Ölkə Prezidenti tərəfindən Azərbaycana valyuta axınının təmin edilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının xüsusi əhəmiyyət daşıdığını, ixracyönümlü məhsulların inkişaf etdirilməsi,rayon kənd təsərrüfatı idarəsi qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. 2018-ci ilin ötən aylarında Neftçala rayonunda kənd təsərrüfatı məhsullarının əkininin genişləndirilməsi ücün bütün imkanlar təhlil olunaraq şirkətlərlə, aidiyyatı xidmət təşkilatları ilə birgə əlaqəli iş qurulmuşdur. Müqavilələr bağlanmış zavodlar tərəfindən kənd təsərrüfatı məhsullarının təchizat və təminat məsələləri yüksək səviyyədə həll olunmuşdur.Sərmayələr əsasən səneyinin inkişafına, tikinti, emal müəssisələri, kənd təsərrüfatının inkişaf etdirilməsi kimi layihələrə cəlb edilmişdir.2018-ci ilin ötən ayları ərzində rayon üzrə ümumi məhsul istehsalının həcmi 2017-ci ilin müvafiq dövrünə nisbətən 9,5 % artmışdır. Hesabat dövründə ümumi məhsul istehsalı 241 milyon 300 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 milyon manat çoxdur.
2018-ci ilin 9 ayında ümumi məhsulun tərkibində sənaye məhsulu 32 milyon 800 min manat, kənd təsərrüfatı məhsulu 100 milyon 500 min manat olmuşdur. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 76,6 %-ə çatmışdır. Adambaşına 2759,5 manatlıq məhsul istehsal edilmişdir ki, bu göstərici 2017-ci ilin müvafiq dövrünə nisbətən 7,2 % çoxdur.Rayonda 2018-ci ilin məhsulu üçün 51 min 275 hektar sahədən 121 min 316 ton taxıl istehsal edilmiş, hər hektardan orta hesabla 23,7 sentner məhsul toplanmışdır. 8 min 111 hektar sahədə yazlıq bitkilər əkilmiş, bunun da 86,3%-i pambıq sahələrinin payına düşür. Möhtərəm Cənab Prezidentin tapşırığına əsasən rayonda 7000 hektar sahədə pambıq əkilmişdir. Ümumilikdə rayon üzrə 979 mülkiyyətçi ilə müqavilə bağlanmışdır.Sahələrdən pambığın yığılmasına ümumilikdə 2035 nəfər işçi cəlb edilmiş, 15 ədəd pambıqyığan kombayndan istifadə edilir.Hal-hazırda pambıq sahələrində yığım işləri davam etdirilir. Belə ki, 15 oktyabr 2018-ci il tarixə sahələrdən 6049 ton xam pambıq tədarük edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1963 ton çox olmuşdur.
Suvarmada müasir metodlar tətbiq olunur
Neftçala rayonunun torpaq sahibləri əkin sahələrinin suvarılmasında Suvarma Sistemləri İdarəsinin xidmətindən istifadə edirlər. Bu idarə fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir, meliorasiya fondlarının qorunmasını və istismarını təmin edirlər. Cari ilin ötən ayları ərzində tələb olunan qədər suvarma kanalları, kollektor –dren sistemi lildən təmizlənmiş,eləcədə suvarma kanallarında kollektor-drenlərdə hidrotexniki qurğular və aqreqatlar əsaslı və cari təmir edilmişdir.Yerlərdə “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi” çərçivəsində yerlərdə suvarma kanallarının qazılması, lildən təmizlənməsi, mövcud suvarma kanallarının betonla üzlənməsi, onların üzərində hidrotexniki qurğuların bərpası və yeni qurğuların tikinti işləri tamamlanmışdır. Adı çəkilən idarənin həyata keçirdiyi tədbirlər rayonun su təminatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına və bununla da kənd təsərrüfatı məhsullarının əhəmiyyətli dərəcədə artmasına şərait yaratmışdır.Neftçala rayonundakı drenlər hal-hazırda çox yaxşı vəziyyətdədir. Son 3 ildə rayon ərazisində vətəndaşların əkdiyi torpaq sahələrində məhsuldarlıq bir neçə dəfə artmışdır. Bu da əhali tərəfindən çox müsbət qarşılanmışdır.Cari ilin ötən dövründə rayonda 328 km suvarma kanalları,221 km kollektor-dren şəbəkəsi lildən təmizlənmiş,suvarma kanallarında 55 ədəd,kollektor–drenlərdə 31 ədəd hidrotexniki qurğular və nasos aqreqatları əsaslı və cari təmir edilmişdir. Rayonun Xol zonasında əkin sahələrinin suvarma suyu ilə təmin olunmasında ciddi çətinliklərin yaranması ilə əlaqədar Kür çayından Xol zonasına 25 km uzunluğunda Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə tikintisi başa çatdırılmış, hal-hazırda hər birinin uzunluğu 1,8 km olan 2 boru xəttinin çəkilişi istiqamətində tikinti işləri davam etdirilir. Ölkə rəhbəri tərəfindən müşavirədə Neftçala magistral kanalının nasos stansiyasının birlikdə tikintisi nəticəsində 12 min 500 hektar torpaq sahəsinin su ilə təmin edilməsini diqqətə çatdırılmış və gələcəkdə həmən ərazilərdə məhsuldarlığın artırılmasını qeyd etmişdir.
Müasir yol infrastrukturu qurulur
Beynəlxalq standartlara cavab verən bugünkü yollarımız ölkəmizin simasını başdan-başa dəyişdirmişdir. Respublika iqtisadiyyatının qüdrətini artıran bu yollar indi Avropa ölkələrinin yollarından heç də geri qalmır. Fərəhlidir ki, avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ilbəil artır. Hazırda ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi hesabına da irimiqyaslı layihələr icra olunur.Yol şəbəkəsinin yenidən qurulması, sözün əsl mənasında, ürək açır.Dövlət başçısı yol infrastrukturunun dəyişdirilməsi və müasirləşdirilməsi ilə bağlı işlərə xüsusilə böyük əhəmiyyət verərək bu sahədə həyata keçirilən tədbirlərin gedişi ilə şəxsən maraqlanır. Ölkə Prezidenti ötən yaxın dövr ərzində 50 dəfədən çox avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma mərasimlərində iştirak etmiş, öz dəyərli tapşırıq və tövsiyələrini vermişdir.Respublika əhəmiyyətli avtomobil yolları üzrə Neftçala rayonu üzrə 456 min manatlıq, yerli əhəmiyyətli avtomobil yolları üzrə 181 min manatlıq yolların saxlanması və cari təmir işləri görülmüş, 40 km Salyan-Neftçala avtomobil yolu əsaslı təmir olunmuş, 47 km Neftçala-Xolqaraqaşlı avtomobil yolunun yenidən qurulması ilə bağlı təmir işlərinə başlanılmış, Neftçala şəhərinin H.Əliyev prospekti, M.Ə.Rəsulzadə, 28 may, A.Şaiq, M.Füzuli, A.Mütəllimov, Y.Pirəliyev küçələrində 13 min 980 m2 asfalt örtüyü əsaslı təmir olunmuşdur.
Səhiyyənin səviyyəsini xarakterizə edən göstəricilər yaxşılaşmaqdadır
Neftçala Rayon Mərkəzi Xəstəxanası və digər səhiyyə obyektləri 2018-ci ilin ötən ayları ərzində ərzində “Yerli İcra Hakimiyyətləri haqqında əsasnamə”yə uyğun olaraq Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai–siyasi və hümanitar məsələlər şöbəsinin səhiyyə sahəsi üzrə tədbirlər planına və rayon səhiyyə şöbəsinin iş planına uyğun olaraq rayon əhalisinə imkanları daxilində yüksək səviyyədə tibbi xidmət göstərmişlər. Vərəmə şübhəli olan xəstələr rentgenoloji, mantu sınağı, bəlğəmin müayinəsi və s. müayinələr aparılmaqla dəqiqləşdirilmiş, aşkar olunmuş xəstələr dispanser qeydiyyatına götürülmüş, lazım olan tədbirlər həyata keçirilmişdir.Mütəmadi olaraq uşaq bağçaları və məktəblərdə tibbi müayinələr aparılmış (işçilər, şagirdlər və uşaqlar arasında), onlara tibbi yardım göstərilmiş, lazım olan dərman və sarğı materialları ilə təchiz olunmuşlar.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Neftçala rayonunda əhalinin tibbi müayinəsinin mütəşəkkil qaydada keçirilmişdir.Belə ki respublika əhalisinin ümumi profilaktik tibbi müayinələrə cəlb olunması barədə verdiyi tapşırığına əsasən rayonun idarə, müəssisə və təşkilat kollektivlərinin və yaşayış məntəqələri üzrə əhalinin tibbi müayinələrdən keçməsi təmin edilmiş,ölkə Prezidenti cənab İlham Əliyevin respublika əhalisinin ümumi profilaktik tibbi müayinələrə cəlb olunması barədə verdiyi tapşırığına əsasən ümumilikdə rayon üzrə 57 min 371 nəfər profilaktik tibbi müayinələrdən keçmişdir ki, bunların da 3427 nəfəri ambulator , 19 nəfəri stasionar müalicələrə,1 nəfəri cərrahi əməliyyata cəlb olunmuş, 12 nəfəri isə respublikanın ixtisaslaşmış tibb müəssisələrinə müayinə və müalicə almaq üçün göndərilmişdir.
Təhsilin inkişafı daim diqqət mərkəzində saxlanılır
Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.Neftçala rayon məktəblərində təlim-tərbiyə günün tələbləri səviyyəsində qurulmuşdur. Şagirdlərin ana dili, Azərbaycan tarixi və Azərbaycan coğrafiyasını dərindən öyrənmələrinə diqqət gücləndirilmişdir.Bu məqsədlə yazılı sorğular, test yoxlamaları,müxtəlif müsabiqə, o cümlədən inşa müsabiqəsi və olimpiadalar,bilik yarışları bilavasitə şagirdlərin iştirakı ilə aktual sayılan mövzulardan praktik konfranslar,ekskursiyalar təşkil olunmuşdur.Fənlərin tədrisini gücləndirmək məqsədilə müxtəlif səpgili tədbirlər keçirilmişdir.Yetişməkdə olan gənc nəsilin vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyə olunması Təhsil Şöbəsi və ümümtəhsil məktəblərinin ümdə vəzifələridir və bu istiqamətdə işlər aparılır. Məktəblilər arasında Milli qəhrəmanlarımız, doğma torpaqlarımızla bağlı inşalar yazılır, gənclər və yeniyetmə arasında idman yarışları və intellektual müsabiqələr keçirilir. Qaliblər fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif olunurlar. Şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsini gücləndirmək məqsədilə məktəblilərin hərbi hissələrdə hərbçilərlə görüşləri təşkil olunmuşdur.Cari ilin ötən ayları ərzində istedadlı şagirdlərin aşkara çıxarılmasında əhəmiyyətli rol oynayan fənn olimpiadalarının final mərhələsində iştirak etmək hüququ əldə etmiş 7 iştirakçıdan 1 nəfəri coğrafiya fənni üzrə I yerə, 2 nəfəri tarix fənni üzrə II və III yerlərə, 1 nəfəri isə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə III yerə layiq görülmüş və qaliblər Təhsil Nazirliyinin medal və diplomları ilə mükafatlandırılmışlar.2017-2018-ci tədris ilində 623 məzundan 290 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, onlardan 219 nəfəri ali məktəblərə qəbul olunmuşlar. Tələbə adını qazananlardan 57 nəfəri 500-700 bal toplamışdır ki, bunların da 14 nəfəri 600-dən yuxarı bal yığanlardır. Ali məktəblərə qəbulolma faizi məzunların sayına görə 35,1 %, abituriyentlərin sayına görə 75,5 %, ümumilikdə isə bu göstərici 55,3 % olmuşdur.
***
Qeyd edilənlər Prezident İlham Əliyevin müdrik və uzaqgörən sosial–iqtisadi siyasətinin bütün uğurlarının əsası olduğunu və bu siyasətin respublikamızın bütün bölgələrində olduğu kimi,cənab İsmayıl Vəliyevin rəhbərlik etdiyi Neftçala rayonunda da uğurla həyata keçirildiyini bir daha sübut edir. Yaradılmış güclü iqtisadi potensial, aparılan möhtəşəm quruculuq işləri tam əminliklə deməyə əsas verir ki, bu il də ümumilikdə ölkənin, eləcə də Neftçala rayonunun da sabit inkişafı təmin ediləcək, nəzərdə tutulmuş bütün işlər, sosial proqramlar yerinə yetiriləcəkdir.
