Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (2-05-2018, 08:41)
Ağdam: sosial-iqtisadi inkişaf davam edir

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği Ağdam rayon İcra Hakimiyyətinin Başçısı cənab Raqub Məmmədovun apardığı ideoloji işin başlıca istiqamətini təşkil edir.Regionlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatının  inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirildikdən sonra rayon rəhbərliyinin bu sahəyə ayırdığı diqqət daha da artmışdır.Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür.Bütün bunlar isə makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaradır.Ötən dövr ərzində  rayonda tikinti, quruculuq və abadlıq işləri geniş vüsət almış, şəhərin küçə və meydanlarının abadlaşdırılması, yenidən qurulması ilə bağlı təxirəsalınmaz tədbirlər keçirilmişdir.Ağdam rayonunda 2018-cı ildə bütün sahələr üzrə artım daha da yüksək olacağı, bütün sosial proqramlar və infrastruktur layihələrin icrası davam etdiriləcəyi və sosial-iqtisadi sahələrdə uğurlar qazanılacağı nəzərdə tutulub.Ağdam rayonunda 2014-2018-ci illər ərzində sosial-iqtisadi inkişafın 3-cü Dövlət Proqramı çərçivəsində ötən dövr üçün görülmüş işlərlə bağlı statistik məlumatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlər yerinə yetirilib və uğurlar hər bir sahədə əldə olunub.Belə ki Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət  Proqramında Ağdam rayonu üzrə 14 tədbirin icrası  nəzərdə tutulmuşdur. Ondan 12 tədbir icra olunur, 2 tədbirin icrasına başlanılmamışdır.Dövlət Proqramının icrası olaraq rayonda 2018-ci ilin ötən ayları ərzində 1949 yeni iş yeri açılmış, ondan 124 daimi,1825 mövsümüdür.İlkin hesablamaya əsasən rayon üzrə 2018-cı ilin birinci rübü ərzində ümumi məhsul istehsalının həcmi 18,8 milyon manat olmuş, 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə 0,9 min  manat və ya 5 faiz artmış,sənaye məhsulunun ümumi həcmi 3,9 milyon manat,kənd təsərrüfatı məhsulunun həcmi 9,1 milyon manat, ticarətin dövriyyəsi 3,8 milyon manat,informasiya və rabitə xidməti 92,7 min manat,nəqliyyat və anbar təsərrüfatı 307,0  min manat olmuş,2018-ci ilin ötən ayı ərzində tikinti quraşdırma işlərinin həcmi 1,6 milyon manat olmuşdur.

 Müasir yol infrastrukturu qurulur

Beynəlxalq standartlara cavab verən bugünkü yollarımız ölkəmizin simasını başdan-başa dəyişdirmişdir. Respublika iqtisadiyyatının qüdrətini artıran bu yollar indi Avropa ölkələrinin yollarından heç də geri qalmır. Fərəhlidir ki, avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ilbəil artır. Hazırda ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi hesabına da irimiqyaslı layihələr icra olunur.Yol şəbəkəsinin yenidən qurulması, sözün əsl mənasında, ürək açır.Dövlət başçısı yol infrastrukturunun dəyişdirilməsi və müasirləşdirilməsi ilə bağlı işlərə xüsusilə böyük əhəmiyyət verərək bu sahədə həyata keçirilən tədbirlərin gedişi ilə şəxsən maraqlanır. Ölkə Prezidenti ötən yaxın dövr ərzində 51 dəfə avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma mərasimlərində iştirak etmiş, öz dəyərli tapşırıq və tövsiyələrini vermişdir.Cənab Prezidentin tövsiyələrini rəhbər tutan Faiq müəllimin rəhbərlik etdiyi Ağdam rayon Yol İdarəsi də işini günün tələbləri səviyyəsində qurur.Belə ki Ağdam rayonunda əhalinin böyük əksəriyyətinin səbirsizliklə gözlədikləri 29 min nəfər əhalini əhatə edən1qəsəbəni,10 kəndi və 3 məcburi köçkün qəsəbəsini birləşdirən, uzunluğu 25,3 km olan Quzanlı- İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisinə başlanılmış, yol genişləndirilmiş, yolun əsası tikilmiş və asfaltbeton işlərinə tam hazır vəziyyətə gətirilmişdir.Ötən dövr ərzində Birinci Dördyol və İkinci Dördyol qəsəbələrində qəsəbə daxili yollari tam təmir edilmişdir.

 

Ağdam rayon Vergilər şöbəsi proqnoz tapşıqlarını yerinə yetirib.

Təqdim olunan məlumata görə, Agdam və onun ətrafında özəl biznes sahəsində çalışan sahibkarlar Ağdam Rayon Vergi şöbəsinin rəisi, vergi xidməti müşaviri Valeh Qasımovun fəaliyyətindən razılıq edirlər.

Belə ki Ağdam rayon Vergilər şöbəsi üzrə 2018-ci ilin birinci rübü ərzində 936,9 min manat proqnoza qarşı 982,6 min manat və ya 104,9 faiz əməl olunmuşdur. Büdcəyə 45,7 min manat əlavə vəsait daxil olmuşdur.Verilən məlumatlara əsasən Ağdam rayon Vergilər şöbəsi proqnoz tapşıqlarını  lazımınca yerinə yetirib.

Kənd təsərrüfatı inkişaf edir

 Regionların  sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Ağdam rayonunun aqrar bölməsi ötən dövrü uğurla başa vurmuşdur. Belə ki, rayonda kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Dövlət tərəfindən fermerlər üçün bir sıra güzəştlər müəyyən edilmişdir. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda əkin sahəsinin becərilməsində istifadə olunan yanacağın və motor yağlarının dəyərinin ödənilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması üçün dövlətimiz tərəfindən onlara subsidiyalar verilmişdir.Ölkə Prezidenti tərəfindən Azərbaycana valyuta axınının təmin edilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının xüsusi əhəmiyyət daşıdığını, ixracyönümlü məhsulların inkişaf etdirilməsi,rayon kənd təsərrüfatı idarəsi qarşısında mühüm vəzifə kimi qoyulmuşdur.Son illər heyvandarlığın inkişaf etdirilməsinə xüsusi fikir verilir. 2018-ci ilin birinci rübündə iribuynuzlu mal-qaranın baş sayı 41024 başa çatdırılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1476 baş çoxdur. Ana malın baş sayı da müvafiq dövrlə müqayisədə 617 baş artaraq 18969 başa çatdırılmışdır. Qoyunların baş sayı 104022 başa çatdırılmışdır. Heyvandarlıq məhsullarının istehsalı sahəsində də xeyli artıma nail olunmuşdur. Belə ki, son 3 ayda ət istehsalı 600 kq artaraq 1041.3 tona, süd istehsalı 227.2 ton artaraq 8799.7 tona çatdırılmışdır. Yumurta istehsalı 185 min artaraq 2497 min ədəd olmuşdur.

Elin gözü tərəzidir

 Ağdamda müşahidə olunan müsbət tendensiyalar, rayon vətəndaşları arasında keçrilən sorğuların nəticələri  belə qənaətə gəlməyə əsas verir ki,Raqub Məmmədovun rəhərliyi altında həyata keçirilən işlər birmənalı olaraq Ağdam əhalisinin bütün zümrələrini qane edir. Başqa rayon icra hakimlərindən fərqli olaraq,Raqub Məmmədov RİH-nin iclas və yığıncaqlarında idarə, müəssisə və təşkilatların fəaliyyətində aşkar olunan nöqsanlar barədə söylədiyi tənqidi fikirləri hesabatlarda dərc etdirməyi vacib sayır.Səyyar qəbullarda bütün vətəndaşların müraciətləri dinlənilir. Müraciətlərlə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verən Raqub Məmmədov məsələlərin aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsinə göstəriş verir.Raqub müəllim hakimiyyət, təsərrüfat, sosial və mədəni həyat strukturlarında çalışan bütün pillə kadrları ilə obyektiv, qərəzsiz, təmənnasız, lakin tələbkar münasibətlərə söykənən bir stillə işləyir. O, bir çox başqa rayon rəhbərlərindən fərqli olaraq,Raqub müəllim daha mənalı ömür yaşayır, mümkün olduğundan da artıq iş görmüşdür. Xeyirxah əməllər, yüksək mədəniyyət və qabiliyyət sahibi kimi tanınmışdır. Çünki o, özünütənqidi tərəqqiyə xidmət edən vasitə hesab edir. Di gəl, çox təssüflər olsun ki,Ağdamda gedən inkişaf meyllərini gözü götürməyən,Raqub müəllimin uğurlarını həzm edə bilməyən qeyri - konstruktiv qüvvələrə xidmət edən bəzi kütləvi informasiya vasitələri onun, eləcə də icra  aparatının digər işçiləri barəsində hədyan informasiyalar yaymağa çalışırlar.Dövlətçiliyə bunca sadiq adamı az qala mühakimə edən belə üzdəniraq media mənsubları ya bilmirlər,ya da bilərəkdən unudurlar ki, ağ qara ləkə götürmür,müdrik Azərbaycan xalqının gözü tərəzidir,pisi yaxşıdan seçməyi bacarır. Böhtançıların uğursuzluğa məhkumluğu qabaqcadan məlum olan bu cəhdləri könül bulandırmaqdan başqa bir şey deyildir.Yaxşı olar ki, qüvvələrini perspektivsiz məqsədlərə sərf etməkdənsə, tərəqqipərvər qüvvələrin cərgəsinə qoşulub həm ölkənin, həm xalqın, həm də özlərinin xeyrinə iş görüsnlər.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 05 2024
20 05 2024
19 05 2024
19 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024