İqtisadiyyat / Slayd (Bu gün, 14:38)
Bilal Ərdoğan Azərbaycanda biznesə başlayır – Məktəblər və restoranlar açacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Ərdoğan qatıldığı gənclər proqramında biznes fəaliyyəti və gələcək planları ilə bağlı maraqlı açıqlamalar verib.
Musavat.com xəbər verir ki, tədbirdə iştirakçılardan biri ona belə bir sual ünvanlayıb: “Sizi prezidentin oğlu kimi tanıyırıq, bəs konkret olaraq nə işlə məşğulsunuz, gəlirinizi hansı sahədən əldə edirsiniz?”
Suala cavab verən Bilal Ərdoğan ticarət fəaliyyətinə 2007-ci ildə başladığını bildirib:
“Ticarətə başladığım ilk il 2007-ci il idi. Amerikada tanıdığım türk dostlarım stendlərdə satışla məşğul olurdular. Onlar Türkiyəyə qayıdaraq bu işi orada davam etdirmək istədiklərini dedilər. Mən də onlara ‘Siz qayıdın, Türkiyədəki işinizə şərik ola bilərəmmi?’ deyə təklif etdim. Dostlarımın Türkiyədə gördüyü ilk iş kosmetika sahəsi ilə bağlı idi”.
Daha sonra fəaliyyət sahəsini dəyişdiklərini qeyd edən Ərdoğan hazırda qida sektorunda çalışdığını və bu sahədə genişlənmə planlarının olduğunu vurğulayıb:
“2009-cu ilin əvvəlində eyni şəriklərlə restoran biznesinə başladıq. O vaxtdan bu günə qədər qida sektoru ilə məşğulam. Şəriklərimlə bir neçə restoranımız var. Təxminən bir il yarım əvvəl Dubayda da bir obyekt açdıq. Hazırda Bakıda da restoran açmağı planlaşdırırıq. Yəni əsas fəaliyyət sahəm qida sektorudur”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
3 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026


























