Cəmiyyət (23-10-2018, 10:07)
Hacıqabul rayonu: iqtisadi artım,dinamik inkişaf
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhməd Muxtarovun apardığı ideoloji işin başlıca istiqamətini təşkil edir.Hacıqabulda bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür.Verilən məlimatlara əsasən cənab Əhməd Muxtarovun rəhbərlik etdiyi Hacıqabul rayonunda 2018-ci ilin ötən ayları ərzində görülmüş işlərlə bağlı statistik məlumatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlər yerinə yetirilib və uğurlar hər bir sahədə əldə olunub. Bütün bunlar isə makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaradır.2018-ci ilin ötən aylarında rayonda tikinti, quruculuq və abadlıq işləri geniş vüsət almış, şəhərin küçə və meydanlarının abadlaşdırılması, yenidən qurulması ilə bağlı təxirəsalınmaz tədbirlər keçirilmişdir.Belə ki 2018-ci ilin ötən aylarında rayon üzrə ümumi məhsul buraxılışının həcmi 234,2 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 9,6 milyon manat və ya 4,3 % çoxdur. Məhsul buraxılışı həcmində qeyri-dövlət sektorunun payı 79,9 % təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 16,1 % çoxdur. Bu ilin ötən ayları ərzində kənd təsərrüfatı məhsulunun həcmi 2.580,2 min manat artaraq 100.877,6 min manat, sənayedə məhsul buraxılışının həcmi 6.715,6 min manat artaraq 19.137,8 min manat, ticarətdə məhsul buraxılışının həcmi 3.539,9 min manat artaraq 60.571,6 min manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında 2,6 %, sənayedə 54,1 %, ticarətdə 6,2 % artım müşahidə edilmişdir.
Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi 10.182,0 min manat və ya 5,9 % artaraq 183.302,0 min manat, iaşə dövriyyəsi 167,0 min manat və ya 5,7 % artaraq 3.072,0 min manat, əhaliyə göstərilmiş pullu xidmətlərin həcmi 1.336 min manat və ya 5,8 % artaraq 24.522,0 min manat, məişət xidmətlərinin həcmi 246,0 min manat və 5,2 % artaraq 4.950,0 min manat, yük daşınmalarının həcmi 5,0 min ton və ya 2,4 % artaraq 213,0 min ton, sərnişin daşınmalarının həcmi 81 min nəfər və ya 2,0 % artaraq 4.131 min nəfər, rabitə xidmətlərinin həcmi 49,5 min manat və ya 10,7 % artaraq 513,7 min manat olmuşdur.
Kənd təsərrüfatı inkişaf edir
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Hacıqabul rayonunun aqrar bölməsi 2018-ci ilin ötən aylarını uğurla başa vurmuşdur. Belə ki, rayonda kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Dövlət tərəfindən fermerlər üçün bir sıra güzəştlər müəyyən edilmişdir. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda əkin sahəsinin becərilməsində istifadə olunan yanacağın və motor yağlarının dəyərinin ödənilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması üçün dövlətimiz tərəfindən onlara subsidiyalar verilmişdir.Ölkə Prezidenti tərəfindən Azərbaycana valyuta axınının təmin edilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının xüsusi əhəmiyyət daşıdığını, ixracyönümlü məhsulların inkişaf etdirilməsi,rayon kənd təsərrüfatı idarəsi qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. 2018-ci ilin ötən ayları ərzində Hacıqabul rayonunda kənd təsərrüfatı məhsullarının əkininin genişləndirilməsi ücün bütün imkanlar təhlil olunaraq şirkətlərlə, aidiyyatı xidmət təşkilatları ilə birgə əlaqəli iş qurulmuşdur. Müqavilələr bağlanmış zavodlar tərəfindən kənd təsərrüfatı məhsullarının təchizat və təminat məsələləri yüksək səviyyədə həll olunmuşdur.Hacıqabul rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının çoxsahəli inkişaf etdirilməsinə, bu sahədə qazanılan uğurları ilbəil artırmağa zəmin yaradır.Rayonda bu ilin məhsulu üçün 43011,0 hektar sahədə taxıl əkilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28602 hektar çoxdur. Bu sahələrin 31848,0 hektarını buğda, 11163,0 hektarını isə arpa əkini təşkil etmişdir. 43011,0 hektar taxıl sahəsindən 76005,6 ton məhsul əldə edilmişdir. İstehsal olunmuş taxılın 42343,6 tonunu buğda, 33662,0 tonunu isə arpa təşkil edir. Məhsuldarlıq buğda üzrə 13,3, arpa bitkisi üzrə isə 30,15 sentner olmuşdur.2018-ci ilin məhsulu üçün 458 hektar sahədə tərəvəz, 830 hektar sahədə bostan, 45 hektar sahədə kartof, 1120,0 hektar sahədə qarğıdalı, 40 hektar sahədə günəbaxan, 1300,0 hektar sahədə pambıq, 117 hektar sahədə şəkər çuğunduru, 20,0 hektar sahədə soya, 2448,0 hektar sahədə yem bitkiləri olmaqla cəmi 6457,0 hektar sahədə yazlıq əkin aparılmışdır.2018-ci ilin doqquz ayı ərzində 5714,0 ton tərəvəz, 11378 ton bostan, 495,0 ton kartof, 347,0 ton qarğıdalı, 196,9 ton pambıq, 6520,0 ton şəkər çuğunduru, 40,9 ton soya, 8716 ton meyvə, 268 ton üzüm istehsal olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,0 ton kartof, 40 ton günəbaxan, 40,9 ton soya məhsulu, 7 ton üzüm istehsalı çox olmuşdur.
Maliyyə göstəriciləri yaxşılaşır
Əlbəttə, dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır.İdarənin kollektivi vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, maliyyə qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər. Habelə, uçotdan kənarda qalmış əsas vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir. İdarə tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər.İqtisadiyyatımızın sosial yönümlü olması, maliyyə imkanlarımızın artması xalqımızın rifahının daha da yaxşılaşdırılmasına xidmət edir.2018-ci ilin ötən ayları ərzində yerli büdcənin daxilolmalar üzrə mədaxil hissəsi 3.861.573 manat proqnoza qarşı 4.022.012 manat və ya 104,1 % icra edilmişdir. Gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsindən 1.054.976 manat vəsait mərkəzi xəzinədarlığa köçürülmüşdür.Rayon büdcəsinin xərc hissəsi 2.806.504 manat təyinata qarşı 2.472.695 manat, yəni 88,1 % icra edilmişdir. Hesabat dövründə yerli büdcə təşkilatlarına əmək haqqı və üstəlik xərclər üzrə borc yaranmamışdır.01.10.2018-ci il tarixə rayon əhalisinin sayı 1,2 % artaraq 75,3 min nəfər olmuşdur.
Məşğulluq Mərkəzində işlər uğurla aparılır
Hacıqabul rayonunda İqtisadi fəal əhali 1,1 % artaraq 37,2 min nəfər təşkil etmişdir. İqtisadi fəal əhalinin ümumi əhali sayında payı 49,4 %-dir.Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 manat artaraq 321,8 manat təşkil etmişdir. Rayon əhalisinin pul gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 5627,0 min manat və ya 2,5 % artaraq 230.725,0 min manata çatmışdır. Məşğul əhalinin sayı 36,3 min nəfər olmuşdur. Məşğul əhalinin 5,6 min nəfəri və ya 15,4 %-i dövlət sektorunda, 30,6 min nəfəri və ya 84,6 %-i qeyri-dövlət sektorunda çalışır.Cari ilin doqquz ayı ərzində rayon Məşğulluq Mərkəzinə 573 nəfər işaxtaran kimi müraciət etmiş, işə düzələnlər 425 nəfər olmuşdur. 88 nəfər yeni sığorta ödənişləri, 10 nəfərə təkrar sığorta ödənişi təyin edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 aprel tarixli 1941 №-li Sərəncamının icrasını təmin etmək məqsədi ilə 65 ailə olmaqla 325 nəfər özünəməşğulluğa cəlb olunmuş və biznes planları təsdiq edilmişdir. Əlavə olaraq 34 nəfər işsiz və işaxtaran növbəti təlimlərə cəlb olunacaqdır.Hesabat dövründə rayonda 916 yeni iş yeri açılmışdır ki, bunun da 404-ü daimidir.
Əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır.
Azərbatcan Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosialyönümlü iqtisadi siyasət və çevik islahatlar nəticəsində əldə olunan nailiyyətlər ölkəmizdə sosial dövlət modelinin uğurla reallaşdırılmasının fundamental əsaslarını formalaşdırıb. Azərbaycanda sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub və iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin müasir mexanizmlər əsasında yüksəldilməsini təmin etməkdədir. Bu müsbət tendensiya Hacıqabul sakinlərinin sosial rifahında da özünü göstərir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hacıqabul rayon Şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin «Dövlətimizin siyasəti-iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir» - sözlərini deviz götürən Şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar.Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzarətdə saxlanılan məsələlərdən olmuşdur.Rayon icra hakimiyyəti müharibə veteranlarına, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə daim qayğı ilə yanaşır, onların problemlərinin həll olunmasına öz köməkliyini əsirgəmir.
“Qurban bayramı” münasibəti ilə şəhərin imkansız, tənha, əlil və şəhid ailələrinə, cəmi 650 nəfərə, eləcə də hərbi hissələrə, uşaq bağçalarına, məscidlərə qurban əti paylanılması təşkil olunmuşdur. Bundan əlavə Heydər Əliyev Fondu tərəfindən ünvanlı dövlət sosial yardımı alan 882 nəfərə “Qurban bayramı” ilə əlaqədar ət sovqatı paylanılmışdır. Rayonda 01 oktyabr 2018-ci il vəziyyətinə pensiyaçıların ümumi sayı 7397 nəfər olmuşdur. Bunlardan 4154 nəfəri yaşa görə, 2028 nəfəri əlilliyə görə, 1215 nəfəri ailə başçısını itirməyə görə olan pensiyaçılardır. Adambaşına düşən pensiya məbləği 207,50 manat təşkil etmişdir. 2018-ci ilin 9 ayı ərzində 3859 nəfərə sosial müavinətlər, 687 nəfərə isə sosial yardımlar və güzəştlər verilmişdir. Sosial sığorta üzrə 1.422,2 min manat proqnoza qarşı 1.252,7 min manat vəsait yığılmış, proqnoz 88,1 % icra edilmişdir.
Hacıqabullılar vətənin müdafiəsinə hazırdırlar
Hacıqabul rayonunda gənclərin hərbi vətənpərvərlik tərbiyəsi strateji əhəmiyyətə malik məsələ kimi diqqət mərkəzində saxlanılır. Rayon İcra Hakimiyyəti başçısı aparatı 2018-ci ilin ötən ayları ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsi ilə daimi yaxından əlaqə saxlamışdır.Gənclərin hərbi xidmətə yola salınması həmişə təntənəli mərasimlə keçirilir. Əvvəlcə dövlət himni səsləndirilir. Tədbirdə çıxış edən ziyalılar, müharibə veteranları və valideynlər Vətənə sədaqət borcunu ödəməyə gedən gəncləri təbrik edir, onlara xoş istək və arzularını çatdırır, Ali Baş Komandanın hər bir əmrini canla-başla, sözsüz yerinə yetirmələrini tövsiyə edirlər. SHXÇDX Hacıqabul rayon Şöbəsinin rəisi bu fikirdədir ki, ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin öz vədinə sadiq olduğunu təsdiq edir.Onun sözlərinə görə, dörd günlük müharibədə İlham Əliyevin Ali Baş Komandanlığı altında müzəffər Azərbaycan Ordusu yağıya nəyə qadir olduğunu göstərdi. Azərbaycan Ordusu düşmənə döyüş tapşırıqlarını ən qısa müddətdə və dəqiq şəkildə, qarşıya qoyulan vəzifəyə uyğun formada həyata keçirmək; Ən müasir silahlardan məharətlə, peşəkarlıqla istifadə etmək, yerli şəraitə və relyefə uyğun silah növü seçmək; Düşməni qəflətən yaxalayaraq çaxnaşmaya salmaq, silah-sursatını ataraq müqavimətsiz qaçmağa məcbur etmək; İllər boyu bərkidilmiş, havadan və qurudan müdafiə sədləri yaradılmış əlçatmaz mövqeləri qısa müddətdə almaq; Alınmış mövqelərdə qısa zaman kəsiyində möhkəmlənmək, geriyə qayıtmağa cəhd edən düşmənin bütün həmlələrini dəf edərək yerində oturtmaq; Hərbi əməliyyatların gedişində dinc əhaliyə xətər toxundurmamaq dərsi keşdi.
***
Qeyd edilənlər Prezident İlham Əliyevin müdrik və uzaqgörən sosial–iqtisadi siyasətinin bütün uğurlarının əsası olduğunu və bu siyasətin respublikamızın bütün bölgələrində olduğu kimi,cənab Əhməd Muxtarovun rəhbərlik etdiyi Hacıqabul rayonunda da uğurla həyata keçirildiyini bir daha sübut edir. Yaradılmış güclü iqtisadi potensial, aparılan möhtəşəm quruculuq işləri tam əminliklə deməyə əsas verir ki, bu il də ümumilikdə ölkənin, eləcə də Hacıqabul rayonunun da sabit inkişafı təmin ediləcək, nəzərdə tutulmuş bütün işlər, sosial proqramlar yerinə yetiriləcəkdir.
