Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (1-06-2018, 18:09)
AXC-nin yaranmasının 100 illiyinə həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıb

 

 

 

 

AMEA-nın akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ)
Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən gənc tədqiqatçılar
arasında elan olunan "Akademik Əli Quliyev mükafat"ı və "Ən yaxşı elmi
məruzə" müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi
keçirilib.
Müsabiqə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illik
yubileyinə həsr edilib.
Tədbiri AKİ-nin direktoru, akademik Vaqif Fərzəliyev açaraq bildirib
ki, son illərdə AMEA-da gənclərin elmi-ictimai fəallığı güclənib,
fəlsəfə və elmlər doktorluğu üzrə müdafiə edən alimlərin sayı artıb.
V.Fərzəliyev AKİ-də çalışan gənc alim və mütəxəssisləri daha yüksək
səviyyəli elmi tədqiqatlara həvəsləndirmək üçün keçirilən
müsabiqələrin artıq ənənəvi hal aldığını söyləyib. O, bu cür
müsabiqələrin gənc tədqiqatçıların maddi cəhətdən dəstəklənməsində,
eyni zamanda, elmi məruzə etmək və məqalə yazmaq vərdişlərinə
yiyələnmələrində mühüm rol oynadığını bildirib.
Akademik artıq 5-ci ildir keçirilən müsabiqənin özünü doğrultduğunu,
ildən-ilə müsabiqəyə maraq göstərən gənclərin sayının artdığını,
onların elmi məruzələrinin və təqdimatlarının keyfiyyətinin
yüksəldiyini diqqətə çatdırıb.
Sonra çıxış edən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri,
fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov gənc tədqiqatçılar
arasında sağlam elmi rəqabət yaratmaq baxımından müsabiqələrin çox
uğurlu və beynəlxalq təcrübə olduğunu deyib.
O, AMEA rəhbərliyinin təşəbbüsü ilə bu qurumda son illərdə gənc
alimlər arasında keçirilən elmi müsabiqələrin sayının artdığını
vurğulayıb. Qeyd edib ki, hazırda 35 yaşa qədər elmlər doktoru olan
gənc alimlərə 5 min manat məbləğində pul verilir, eləcə də beynəlxalq
nüfuzlu jurnallarda məqalələri dərc edilən gənc tədqiqatçılar ildə bir
dəfə mükafatlandırılırlar.
Daha sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri,
kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayev çıxış edərək
namizədlərin seçimi zamanı mövzunun aktuallığı, əldə olunan
nəticələrin elmi və praktikliyi, məruzəçinin sualları cavablandırma
səviyyəsi və mövzu ilə əlaqədar dərc etdirdiyi elmi əsərlər kimi
meyarların əsas götürüldüyünü bildirib. O, “Akademik Əli Quliyev adına
mükafat” və “Ən yaxşı elmi məruzə” müsabiqəsinin qaliblərinin seçimi
zamanı ekspert dəyərləndirməsinin şəffaf aparıldığını vurğulayıb.
Tədbirdə, həmçinin Müsabiqə Komissiyasının üzvü, k.ü.f.d. Şahmərdan
Əliyev qaliblərin seçilməsi meyarları və qiymətləndirmə, eləcə də gənc
alimlərin məruzə təqdimatları barədə danışıb.
Sonda qaliblərə diplomlar təqdim olunub.
Müsabiqə üzrə Ekspertlər Şurası üzvlərinin qərarı ilə 10 saylı
laboratoriyanın doktorantı Mənsurə Hüseynova müsabiqədə I yerə, 7
saylı laboratoriyanın kiçik elmi işçisi Lalə Mahmudova və 3 saylı
laboratoriyanın dissertantı Günay İsmayılova II yerə, 1 saylı
laboratoriyanın kiçik elmi işçisi Xədicə Məmmədyarova və 11 saylı
laboratoriyanın elmi işçisi Aida Yusifova III yerə, 7 saylı
laboratoriyanın dissertantı Ulduz Cəfərova isə müsabiqənin
həvəsləndirmə mükafatına layiq görülüblər.
Bundan əlavə, son bir ildə elmi nailiyyətlərinə görə 6 saylı
laboratoriyanın dissertantı Könül Qəhrəmanova gənclər üçün “Akademik
Əli Quliyev adına mükafat” ilə təltif olunub.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
19 05 2024
19 05 2024
18 05 2024