Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (9-03-2018, 10:39)
Akademik Vaqif Fərzəliyevə Oksford Akademik Birliyinə üzvlük təklif edilib

Akademik Vaqif Fərzəliyevə Oksford Akademik Birliyinə üzvlük təklif edilib

 

AMEA akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevə Böyük Britaniyanın Oksford Akademik Birliyinə üzvlük təklif edilib. Sözügedən təşkilatın Ekspertlər Şurası V.Fərzəliyevin beynəlxalq səviyyəli elmi fəaliyyətini, tədqiqatlarının nəticələrinin elm və istehsalın inteqrasiyasına verdiyi töhvəni yüksək qiymətləndirərək belə bir qərar qəbul edib. Oksford Akademik Birliyində hesab edirlər ki, bu üzvlük akademik V.Fərzəliyevin elmi fəaliyyətinin bütün dünyada daha da tanıdılmasına, həmçinin cəmiyyəti onun elmi tədqiqatlarının nəticələri, innovasiya və nailiyyətlərlə bağlı məlumatlandırmağa əlavə imkan yaradacaq.

Məlumat üçün bildirək ki, Oksford Akademik Birliyi 2014-cü ildə Avropa Rektor klublarının bazası əsasında dünya elmi və biznes cəmiyyətinin tələbi ilə yaradılıb. Bununla bağlı, memorandum dünyanın 30 ölkəsinin tanınmış rektor, müəllim və alimləri tərəfindən imzalanıb. Birliyin təsis olunmasında əsas məqsəd XXI əsrdə elm və təhsilin inkşafı üçün alimlərinin səylərinin birləşdirilməsi, həmçinin müasir istehsalda yeniliklərin tətbiqinin təşviq edilməsidir.

Onu da qeyd edək ki, 17 aprel 2018-ci il tarixində London şəhərində yerləşən Koralevski İnstitutunda Böyük Britaniya direktorlarının Beynəlxalq Sokrat tədbiri “EBA Achievements-2017”, kompaniyaların, müxtəlif ölkələrin şirkətlərinin 2017-ci ildə professional nailiyyətlərinə görə beynəlxalq mükafatlarla təltif olunması mərasimi təşkil olunacaq. 25-26 aprel 2018-ci il tarixlərində isə Oksfordda Oksford Akademik Birliyinin Təhsil İdarəetmə Akademiyasının iclası keçiriləcək. Akademik Vaqif Fərzəliyev hər iki möhtəbər tədbirdə iştirak etmək üçün dəvət olunub.

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024