Sosial (Bu gün, 19:46)
156 minə ev tikən şirkət eyni qurumdan yeni sifariş aldı - Bu dəfə 3,5 milyon..
Cəbrayılı rayonunun Şükürbəyli kəndində 93 ədəd fərdi ev tikməklə gündəmə gələn "Tunel-Metro İnşaat” MMC indi də həmin yaşayış məntəqəsini qazla təchiz edəcək.Qaynarinfo xəbər verir ki, şirkət Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun bununla bağlı keçirdiyi tenderin qalibi seçilib.
Şükürbəyli kəndində 93 ədəd fərdi yaşayış evinin tikintisi ilə bağlı tenderi də Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu keçirmişdi. Həmin vaxt "Tunel-Metro İnşaat” MMC-nin gündəmə gəlməsi satınalma predmetinin maliyyə dəyəri ilə bağlı idi. Sözgedən tender üzrə "Tunel-Metro İnşaat” MMC-nin qiymət təklifi 14 562 668,45 manat təşkil edirdi. Bu isə bir evin 156 587 manata başa gəlməsi deməkdir. Ekspertlərin fikrincə isə bu məbələğ 1 ədəd 1 mərtəbəli evin inşası üçün kifayət qədər çoxdur.
"Tunel-Metro İnşaat” MMC-nin bu dəfəki tenderdə qiymət təklifi isə 3 539 704,95 manat olub.
Reyestr məlumatlarından aydın olur ki, "Tunel-Metro İnşaat” MMC şirkət 2001-ci ildə təsis edilib. 2008-ci ilə qədər "Rəmzi-1" Kiçik Müəssisəsi adlanıb. 2008-ci ildə şirkətin adı dəyişdirilib.
Şirkətin nizamnamə kapitalı 10 manatdır. MMC-nin qanuni təmsilçisi Seyfullayev Şövqi Xalid oğludur. Şirkətin təsisçisi isə Qərib Dadaşovdur.
Qərib Dadaşov
Qərib Dadaşov vaxtilə "Azərtunelmetrotikinti" ASC-nin Xüsusi Hidrotexniki İşlər İdarəsinin rəisi vəzifəsində işləyib. Dövlət şirkəti olan həmin ASC 2014-cü ildə "Bakı Metropoliteni" QSC-nin tabeliyinə verilib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
1 02 2026
1 02 2026
1 02 2026
1 02 2026
1 02 2026
1 02 2026
1 02 2026
1 02 2026


























