Cəmiyyət (Bu gün, 14:15)
Abşeronda qanunsuz tikinti: kənd təsərrüfatı torpaqları necə məhv edilir?-FOTOLAR
Abşeron rayonunun Məmmədli kəndi ərazisində, yerli sakinlərin “Tovuz qəbiristanlığı” adlandırdığı sahəyə yaxın hissədə ciddi qanun pozuntusu müşahidə olunur. Redaksiyamıza daxil olan məlumata görə, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti işləri aparılır.
Məsələ ondadır ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə və Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda məqsədli təyinat dəyişdirilmədən hər hansı yaşayış və ya kommersiya tikintisinin aparılması qadağandır. Lakin faktiki vəziyyət göstərir ki, bu norma açıq şəkildə pozulur.
Tikinti aparılan ərazi ilə bağlı icazə sənədlərinin olub-olmaması, torpağın təyinatının dəyişdirilib-dəyişdirilməməsi və aidiyyəti qurumların bu prosesdən xəbərdar olub-olmaması ciddi suallar doğurur. Daha narahatedici məqam isə odur ki, belə qanunsuzluqlar illərdir davam etsə də, nəzarət mexanizmləri ya işləmir, ya da qəsdən görməzdən gəlinir.
Qanunsuz tikintilər təkcə torpaq fonduna zərbə vurmaqla kifayətlənmir, eyni zamanda gələcəkdə infrastruktur, ekoloji və hüquqi problemlərə yol açır. Bu cür hallar kənd təsərrüfatının inkişafına mane olur, dövlət torpaqlarının talan edilməsinə şərait yaradır.Daxil olmuş məlumata görə Məmmədli kəndində bir sot torpağın qiyməti 16 min manata qalxıb.Bu cür işbazlar 1.5 sot torpaqda 3otaqlı ev tikərək 75-80 min manata satırlar.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də Kənd Təsərrüfatı Nazirliyinin mövqeyi maraq doğurur. Görəsən, aidiyyəti qurumlar bu qanunsuz tikintidən xəbərdardırmı? Əgər xəbərdardırsa, niyə tədbir görülmür?Abşeron Rayon İcra Hakimiyyətindən verilən cavabda bildirilir ki,Qeyd etdiyiniz tikililərin hamısının sənədləri, çıxarışları vardır. Ərazi yaşayış məntəqələri təyinatlıdır. Məlumatları Əmlak Məsələləri Dövlət Xidmətindən də dəqiqləşdirə bilərsiniz.
Mediatv.az olaraq mövzunu diqqətdə saxlayır və məsələ ilə bağlı digər rəsmi qurumlardan açıqlama gözləyirik.
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
1 02 2026
1 02 2026
1 02 2026
1 02 2026
1 02 2026
1 02 2026
1 02 2026
1 02 2026
1 02 2026
1 02 2026
1 02 2026
1 02 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026
31 01 2026

























