Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 21:05)
657 min manatı şirkətə yox, Azər Aydəmirə görə AYIRIBLAR

 

Azərbaycanda bir mənbədən satınalma metodu şəxslərə və ada görə tətbiq edilir, pul ayrılırmış. Bunu biz demirik, məşhur aktyorumuz Azər Aydəmir deyir. Onun sözlərinə görə, keçmiş xarici işlər naziri Həsən Həsənovun oğlu tarixçi Zaur Həsənovun ssenari müəllifi olduğu filmə 657 min manatı Azər Aydəmirə görə ayırıblar.

O Ajans.az-a açıqlamasında bildirib ki, burada söhbət 657 min manat ayrılan şirkətin seçilməsindən getmir, burada söhbət Azər Aydəmirin adından gedir.
Kino Agentliyi Azər Aydəmirin  “Aydəmir Entertainment” şirkəti ilə 657 min manat dəyərində müqavilə imzalayıb. Müqaviləyə görə, sözügedən şirkət “Çar skiflər: Aşquz dövləti” tammetrajlı bədii-sənədli filmini çəkəcək.  “Aydəmir Entertainment” isə 2024-cü ilin dekabrında  qeydiyyata alınıb.
Məsələ ilə bağlı Azər Aydəmirin cavablarını təqdim edirik.

1) Niyə “ Aydəmir Entertainment” seçilib?
“ Kino Agentliyi “Aydəmir Entertainment” i seçməyib, biz Kino Agentliyini seçmişik. Çünki “Skiflər-Aşquz dövləti” əsərinin ssenari müəllifi keçmiş XİN naziri Həsən Həsənovun oğlu, tarixçi Zaur Həsənovdur. Bu əsərin senarisi əsasında biz Kino Agentliyinə təklif etmişik ki, bu filmi çəkək. Təklifi keçən ildən irəli sürmüşük. Uzun danışıqlardan sonra agentlik bizə filmi çəkmək icazəsini verib. Həmçinin, müəyyən məbləğdə vəsait də ayırıb.”
2) Niyə bu mövzuda müsabiqə elan edilməyib?
“ Çünki Kino Agentliyinin bu mövzuda müsabiqə elan etmək fikri olmayıb. Təklifi ilk biz etmişik. Əgər, ilk təklifi production edirsə və onun təklifi ideoloji baxımdan bizim hazırki, film fondumuza uyğun gəlirsə, məqbul hesab edilir. Bir mənbə üsulu və satınalma ilə qanunvericiliyə uyğun şirkətin araşdırmaları qəbul olunur. 7-8 ay ssenari üzrə işləməklə bərabər danışıqlardan sonra biz özümüzü sübut etdik. Texniki baza və hüquqi baxımdan “ Aydəmir Entertainment”  özünü isbat etdi. Beləliklə də, istədiyimizə nail olduq.” 
3) “ Aydəmir Entertainment” şirkətinin tarixi film çəkmək mövzusunda təcrübələri olub? 
“ Bizim şirkətin tarixi filmlər çəkmək baxımından təcrübəsi yoxdur. Bu ölkədə yeni bir tendensiyadır. Ölkə ərazisində tarixi film çəkən şirkətlər azdır, üstəlik onlar da bu sahədə ilk dəfə təcrübə qazanırlar. Bizdə istisna sayılmırıq.
Burada Kino Agentliyinin bizim şirkəti  seçməsi deyil, Azər Aydəmirin adı ön plandadır. Azər Aydəmir bu cür tarixi filmi çox maraqlı, baxımlı və darıxdırıcı etməyən bir şəxsdir. Mən 15-16 ildir bu sahədə təcrübəyə malikəm. Tərtibatçı, prodüsser, ssenari müəllifi kimi vəzifələri icra etmişəm. Bu illər ərzində Azər Aydəmir mikrosahibkar kimi, fiziki şəxs kimi VÖEN-lə fəaliyyət göstərirdi. 2024-cü ildən isə, hüquqi şəxs kimi 18% ƏDV ödəyicisi kimi çalışır. 
Son olaraq, deyirəm ki, burada “ Aydəmir Entertainment”in gördüyü işlər deyil, Azər Aydəmirin məsuliyyətindən söhbət gedir.”



шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
2 02 2026
1 02 2026
1 02 2026
1 02 2026
1 02 2026
1 02 2026
1 02 2026
1 02 2026
1 02 2026