Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (26-09-2017, 13:20)
Azərbaycanda yeni tikilən pullu yolla bağlı SON XƏBƏR

Azərbaycanda yeni tikilən pullu yolla bağlı SON XƏBƏR

 

Azərbaycanda yeni inşa olunan Bakı-Ələt-Astara-İran sərhədi avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir. 

Mediatv.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. 

Onun sözlərinə görə, yolun bir hissəsində artıq işlər yekunlaşıb: "Yolun Yenikənd-Salyan hissəsi hazırdır, Salyan-Şorsulu hissəsində işlər yekunlaşır. Yolun Cəlilabad-Masallı və Masallı-Lənkəran hissələri də hazırdır, Lənkəran-Astara hissəsində də işlər artıq bitir".

A.Nəcəfli bildirib ki, magistral avtomobil yolunun Şorsulu-Cəlilabad hissəsində işlər davam etdirilir: "Yol gələn il istifadəyə veriləcək. Yolun uzunluğu 174 kilometrdir".

Xatırladaq ki, daha öncə qurumun mətbuat rəsmisi yeni tikilən 174 km-lik Bakı-Ələt-Astara-İran sərhədi avtomobil yolunun gələcəkdə ödənişli olması barədə  məlumat vermişdi. Məlumata görə, yolun hər kilometri üçün ödəniş avtomobillərin ölçüsü və çəkisindən asılı olaraq, 4-7 qəpik planlaşdırılır.

Qeyd edək ki, pullu olacaq yola alternativ yol da var və bu yol pulsuz olacaq. Ələt-Astara-İran sərhədi avtomobil yolunun tikintisi yekunlaşandan sonra alternativ yol da əsaslı şəkildə yenidən qurulacaq. Alternativ yolun əsaslı tikintisi başa çatandan sonra yeni tikilən Ələt-Astara-İran sərhədi yolu pullu ola bilər.

Pullu yolun alternativ yoldan qısa olacağı planlaşdırılır və həmin yol kənd, qəsəbə və digər yaşayış massivindən keçsə də, qapalı olmalıdır. Yəni, bu yola kənardan daxil olmalar olmayacaq. Pullu yoldan əldə edilən gəlir həmin yolun saxlanmasına xərclənəcək.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
12 05 2025
12 05 2025
12 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025