Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (28-06-2014, 19:50)
Azərbaycanda qeyri-qanuni ödənişli yol - GƏRGİNLİK

Azərbaycanda qeyri-qanuni ödənişli yol - GƏRGİNLİK

 

Bir aydan çoxdur ki, Bakı-Astara şose yolu - Qaradağ rayonunun Lökbatan qəsəbəsinə dönən hissədən bağlanıb.

Alternativ yoldan istifadə edən sürücülər isə ödəniş ödəməyə məcbur olublar.

Mediatv.az-a daxil olan məlumata görə, bir aydır ki, Bakı-Astara şose yolu ilə hərəkət edən sürücülərdən alınan bu pulların konkret hara və kimə çatdığı bəlli deyil.

Məlumatda bildirilir ki, yol ayrıcındakı körpünün üstündə və "Sədərək" Ticarət Mərkəzini Bakı dairəvi yolla birləşdirilən hissədə qazıntı işləri aparılır. 

Qeyd edək ki, ötən ay - may ayında bu barədə "Bizim yol" qəzeti də məlumat vermişdi. Ancaq problem hələ də həllini tapmır. 

Bildirilir ki, yolun sözügedən hissəsində çökmə baş verib və yolun təmir-tikintisi hələ bir müddət davam edəcək. Ərazidə ciddi tıxacın olduğu da vurğulanır. Tıxacın yaranmasına digər səbəb isə Xocasən qəsəbəsindən Lökbatan istiqamətindən Bakı-Astara şosesinə gedən yolun bərbad vəziyyətdə olmasıdır. Bəzi sürücülər Sədərək Ticarət mərkəzinin ödənişli yolundan istifadə etsələr də, bu yola da yalnız ticarət mərkəzinin daxilində yol demək olar. Ticarət mərkəzindən Lökbatan dairəsinə qədərsə yol acınacaqlı vəziyyətdədir. Nədənsə təxminən 2 kilometrlik bu xarabalığa avtomobilləri 50 qəpikdən buraxan "Sədərək" Ticarət Mərkəzi, bu yolun təmir edilməsi haqqında düşünmür. Görünən odur ki, bu yolu Nəqliyyat Nazirliyi də görmür.  Bakı-Astara şose yolu ilə hərəkət edən avtomobillərin dəqiq statistikası aparılsa, bir ay ərzində hər gün ticarət mərkəzinin rəhbərliyinin və onunla iş birliyindən olduğu iddia edilən Nəqliyyat Nazirliyinin sürücüləri necə taladığının şahidi olacağıq.

Onu da qeyd edək ki, mövzu ilə bağlı Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovla əlaqə saxlamaq istəsək də, zənglərimiz cavabsız qaldı. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024