Cəmiyyət (18-12-2015, 13:15)
Qafqazda analoqu olmayan körpü
Salyan rayonu Kür çayı üzərində inşa edilən asma körpü ilə Qafqazda bir ilkə imza atılıb.
Mediatv.az-a Azəryolservis ASC-dən bildirilib ki, Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun yenidənqurulması layihəsi çərçivəsində yolun Ələt-Masallı hissəsində Kür çayı üzərində yeni körpünün tikintisi işləri yekunlaşıb.
Sürücülər yeni körpüdən sözügedən avtomobil yolu istismara verilərkən istifadə edə biləcəklər.
Layihə çərçivəsində tikinti işləri Ələt-Astara avtomobil yolunun 54.4-55.8 kilometrliyində 1400 metrlik ərazidə aparılıb. 5 aşırımdan ibarət yeni körpünün uzunluğu 362.9 metr, eni isə 29,8 metrdir.
Körpüdə hər birinin eni 3,75 metr olan 4 hərəkət zolağı nəzərdə tutulub. Piyadaların körpüdən rahat və təhlükəsiz şəkildə istifadəsi üçün 1,3 metr enində səkilər də qurulub. Yeni körpü suyun səviyyəsindən 15 metr hündürlükdə inşa edilib.
Körpü 9 ballıq seysmik təsir, A 15 və NK-100 müvəqqəti yük təsirinə hesablanıb.