Cəmiyyət / Slayd (21-03-2016, 16:21)
Yardımlı-Masallı yolunun üstündə sirli qazıntı – qızıl tapılıb? (FOTOLAR)
Yerli əhali açılışında prezidentin iştirak etdiyi yolun bərbad hala salınmasından şikayətçidir
Yardımlı rayonunun sakinləri son vaxtlar rayonu ölkənin digər şəhər və rayonları ilə birləşdirən yeganə yolun uçub-dağılmaq təhlükəsi ilə üz-üzə qalmasından ciddi şəkildə narahatdır.
Mediatv.az xəbər verir ki, sakinlərdən Musavat.com-a daxil olan məlumata görə, buna səbəb rayona aparan asfalt yolun ağır tonnajlı maşınlar tərəfindən bərbad hala salınmasıdır.
Sakinlər deyir ki, artıq xeyli müddətdir Masallı-Yardımlı yolunun üstündəki qayalıqlar ekskavator və buldozerlər tərəfindən dağıdılır və daş, qum, çınqıl naməlum istiqamətə daşınır. Hətta rayonda şayiələr də dolaşmağa başlayıb. Belə ki, bəzi sakinlər ərazidən götürülən nümunələrin öyrənilməsindən sonra buradan qiymətli metalların – hətta qızılın - çıxdığı barədə rəy verildiyini iddia edir. Artıq hektarlarla ərazi dağıdılıb, nəticədə yaşıllıqlara da ciddi ziyan dəyib. Eyni zamanda onsuz da vaxtaşırı çökən Yardımlı-Masallı magistral yolu yük maşınlarının nəzərdə tutulduğundan artıq yük daşıması hesabına bir neçə yerdə çöküb, asfalt örtüyü olduqca pis vəziyyətə düşüb. Əməkdaşımız qazıntı işlərini həyata keçirən işçilərdən sualına cavab ala b
ilməyib. Onlar sadəcə “müdir burada olmadığı üçün heç nə deyə bilmərik” deyə, cavab veriblər.
Vəziyyətlə əlaqədar Yardımlı rayonunun ziyalıları da həyəcan təbili çalır. Rayon ziyalısı Əli Mirzəlioğlu bildirib ki, Yardımlı-Masallı avtomobil yolunun tarixi 30-cu illərdən başlayır: “Həmin dövrə qədər rayonumuza mal-heyvan sürülərini yaylaq-arana aparmaq üçün, habelə qəza mərkəzi Lənkəran və digər bölgələrlə nazik araba və piyada yoldan istifadə edilib. Yolun inşaasının əsas hissəsi 1935-ci ildə görülsə də, 1 may 1937-ci ildə rəsmi açılışı olub. Yolun inşası dövlət tərəfindən maliyyələşdirilib. Bu “Azəryol” tərəfindən icra edilsə də, əsas ağırlıq Yardımlı camaatının çiynində olmuş və adamları kənd sovetləri, kolxozlar tərəfindən mükəlləfiyyət qismində təhkim edilib. Məşəqqətlər və üzücü ağır işləri əl ilə, külünglə bir çox qaya yerləri çapılmış və nəhayət avtomobil yolu səviyyəsinə gətirilib. Yol Yardımlı camaatının gərgin və fədakar zəhməti ilə ərsəyə gəlib. Keçən əsrin 70-80-ci illərində yol asfalt örtüklə örtülsə də, qeyri-standart olduğundan sonradan bərbad günə düşüb. 2005-cı ildə prezident İlham Əliyevin sərəncamı ilə yolun yenidən inşası üçün 11 mln. manat maaliyyə vəsaiti ayrılıb, bu məqsədlə 8.5 mln. xərclənmiş, qalan 2.5 mln. yenidən büdcəyə qaytarılıb. 2006-cı il 23 oktyabrda prezident İlham Əliyevin rayonumuza səfəri zamanı yolun özü tərəfindən təntənəli şəkildə açılışı olub”.
Ə.Mirzəlioğlu Musavat.com-a bildirib ki, bu yaxınlarda Masallı-Yardımlı yolunun 18.5 kilometrliyində Bakı-Astara Beynəlxalq avtomobil yolunun yenidən inşasını həyata keçirən hansısa inşaat müəssisəsi həmin ərazidən öz layihələri üçün çınqıl məqsədilə qara süxur yatağı aşkar edib: “Əvvəlcə 3 hektar, sonradan isə 5 hektar sahədən çınqıl tədarük etmək planlaşdırılıb. Burada çox sayda ağır texnikanın iştirakı ilə genişmiqyaslı işlər gedir və bu süxurlar 60 tonluq avtomobillərlə daşınır. Bu isə həmin “Tək Keçid”dən bu yana asfalt örtüyünə ciddi ziyanlar vurur. Çox rahat və gözəl olan bu yolumuzun həmin sahənin zədələnmiş hissələrindən çox narahatıq. Güman edirik, həmin zədələnmiş hissələr layihə bitəndən sonra cavabdehlər tərəfindən yenidən bərpa olunacaq və əvvəlki görkəminə gətiriləcək”. Ə.Mirzəlioğlu bildirdi ki, o, bir rayon ziyalısı, yerli sakin olaraq narahatdır: “Çox sağ olsun prezidentimiz, Yardımlıya abad yol yalnız onun rəhbərlik etdiyi dövrdə çəkildi. İndi mən bu yolun yenidən bərbad olmasını istəmirəm. Biz rayonumuz üçün ikinci çıxış imkanını, Cəlilabad-Yardımlı yolunun çəkilişini illərdir həsrətlə gözləyirik, təəssüf ki, bir xoş xəbər yoxdur. Odur ki, yeganə yolun dağılmasını istəmirik”.
Bayram günü olduğundan səlahiyyətli qurumların mövqeyini ala bilmədik. Ancaq şəxsi kanallarla araşdırmalarımız nəticəsində Yardımlıda adının çəkilməsini istəməyən səlahiyyətli şəxsdən öyrəndik ki, hansısa qiymətli materialın axtarılması ilə bağlı deyilənlər şayiədir və ərazidən adi çınqıl materialı çıxarılır. Aldığımız məlumata görə, ilk günlərdə Yardımlı rayon rəhbərliyi yolun yararsız hala düşməsi səbəbindən ərazinin qazılmasına etirazını bildirib. Lakin sonradan yuxarı səviyyədə razılığın verilməsi səbəbindən bu vəziyyətlə barışmalı olublar. Onu da öyrəndik ki, qazıntı işləri və daş-çınqılın daşınması Ələt-Astara yolunun çəkilişi ilə əlaqədardır. Birinci dərəcəli olacaq bu yolun çəkilişini Türkiyə şirkəti aparır. Həmsöhbətimiz dedi ki, hazırda yolun Biləsuvar, Cəlilabad və Masallı istiqamətində tikintisi üçün işlər gedir: “Bu, Bakı-Ələt yolunun davamı olacaq. Yolun alt qatına döşənməsi üçün material axtarırdılar və Yardımlı-Masallı yolunun üstündəki ərazidə nümunəsi götürülən çınqılın keyfiyyətli olduğu barədə rəy veriləndən sonra qazıntı işlərinə başlanılıb”. Həmsöhbətimiz onu da bildirdi ki, ağır tonnajlı maşınların işləməsi, yük daşıması səbəbindən yola təbii olaraq ziyan dəyib. Ancaq dəyən ziyanı türk şirkəti özü ödəyəcək, yəni işlər başa çatandan sonra yol onların hesabına təmir olunacaq.
Musavat.com
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024