Cəmiyyət (11-11-2016, 12:17)
İcra başçısı 400 min manatlıq bazar əməliyyatına reaksiya verdi
İsmayıllı rayon İcra hakimiyyəti "İsmayıllıda gərginlik: icra başçısı iş adamlarını necə aldatdı?" başlıqlı yazıda səslənən iddialarla razı deyil.
Mediatv.az: AzToday.az xəbər verir ki, İcra Hakimiyyəti tərəfindən sayta göndərilən məktubda yazdıqlarımızın həqiqətə uyğun olmadığı yazılıb:
"Sizin saytlarınızda 10.11.2016-cı il tarixdə “İcra başçısı iş adamlarını necə aldatdı?” başlığı ilə gedən yazıda qeyd olunan bazarın sahibi bazarın ərazisini Yunis Sadıqov adlı başqa sahibkardan özü almışdır. Rayon icra hakimiyyətinin başçısı sahibkarlar arasında baş verən alqı-satqı işlərinə heç vaxt qarışmır. Sahibkar ərazini alıb bazar tikib və bazar rəqabətinə uyğun şərtlər qoyaraq bazarına müştəri cəlb etməlidir. Hansısa bazarı bağlatdırıb digər bazara müştəri yığmaq icra başçısının vəzifəsi və səlahiyyətində deyil. Ona görə də yazı ilə əlaqədar bildiririk ki, həmin yazıda yazılanlar həqiqətə uyğun deyildir".
Qeyd edək ki, sözügedən yazıda İsmayıllı rayon icra başçı Mirdamət Sadıqovun rayona təşrif buyuran iş adamlarına bazar açmaq istəməsindən istifadə edərək onlardan 400 min manat qazandığ yer alıb:
"İcra başçısının verdiyi sözdən ürəklənən iş adamları İsmayıllı şəhərində böyük bir topraq ərazisi almaq qərarına gəliblər. Bir müddət axtarışdan sonra əlverişli torpaq sahəsi tapan iş adamları həmin ərazini almaq üçün Mirdamət Sadıqovu aracı salıblar. İnformasiyam mənbəmiz bildiririr ki, İsmayıllıda "maslaprom Yunis" adlı şəxsə aid olan topraq sahəsini 300 min manata danışaraq iş adamlarına 700 min manata satıb. Yəni icra başçısı ortada "maklerlik" etməklə havayı yerdən 400 min manat qazanıb.
AzToday.az-a daxil olan məlumatda deyilir ki, iş adamlarının İsmayıllı şəhərində tikdirdikləri bazar hələ də tam fəaliyyət göstərmir. Yəni Mirdamət Sadıqov onlara söz verdiyi kimi, köhnə "Kolxoz" bazarını bağlatdırmayıb. İcra başçısı iş adamlarına söz veribmiş ki, yeni bazar tikiləndən sonra köhnə bazarı bağlatdıracaq. Kolxoz bazarı isə qanuni sənədlərlə iş adamlaırna məxsusdur. Bu bazarın bağlanması bir çox sahibkarlaırn açıq etirazına səbəb ola bilər. Ona görədə Mirdamət Sadıqov bazarı bağlatdırmaqdan vaz keçib.
Mənbə qeyd edir ki, icra başçısının iş adamlaırna topraq əməliyyatından 400 min manat atmasının üstünün açılmasından sonra bu söz söhbət böyüyüb. Artıq məəsləs prezident İlham Əliyevin yaxın ətrafına qədər gedib çıxıb. Yəni sahibkarlar Mirdamət Sadıqovun onlara yarım milyon vəsait atmasını və pullarını tələb etməyə başlayıblar".

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025