Karusel / Slayd (10-11-2016, 16:13)
İsmayıllıda gərginlik: icra başçısı iş adamlarını necə aldatdı?
Mediatv.az xəbər verir ki, İsmayıllıdan AzToday.az-a daxil olan məlumata görə, rayon icra başçısı Mirdamət Sadıqov paytaxtdan olan iş adamlarının qəzəbinə tuş gəlib.
Məsələ ilə bağlı saytımızı bilgiləndirən mənbənin iddiasına görə, icra başçısı iş adamlarına nə az nə də çox təxminən yarım milyon manata yaxın vəsait atıb.
Hadisəni saytımıza danışan məlumatlı şəxs bildirir ki, paytaxtdan İsmayıllı rayonuna təşrif buyuran iş adamları rayonda yeni bazar açmaq qərarına gəliblər. İş adamlarının bu fikirlərini müsbət və sevinclə qarşılayan Mirdamət Sadıqov onlara kömək edəcəyini söz də verib.
İcra başçısının verdiyi sözdən ürəklənən iş adamları İsmayıllı şəhərində böyük bir topraq ərazisi almaq qərarına gəliblər. Bir müddət axtarışdan sonra əlverişli torpaq sahəsi tapan iş adamları həmin ərazini almaq üçün Mirdamət Sadıqovu aracı salıblar. İnformasiya mənbəmiz bildiririr ki, İsmayıllıda "maslaprom Yunis" adlı şəxsə aid olan topraq sahəsini 300 min manata danışaraq iş adamlarına 700 min manata satıb. Yəni icra başçısı ortada "maklerlik" etməklə havayı yerdən 400 min manat qazanıb.
AzToday.az-a daxil olan məlumatda deyilir ki, iş adamlarının İsmayıllı şəhərində tikdirdikləri bazar hələ də tam fəaliyyət göstərmir. Yəni Mirdamət Sadıqov onlara söz verdiyi kimi, köhnə "Kolxoz" bazarını bağlatdırmayıb. İcra başçısı iş adamlarına söz veribmiş ki, yeni bazar tikiləndən sonra köhnə bazarı bağlatdıracaq. Kolxoz bazarı isə qanuni sənədlərlə iş adamlaırna məxsusdur. Bu bazarın bağlanması bir çox sahibkarlaırn açıq etirazına səbəb ola bilər. Ona görədə Mirdamət Sadıqov bazarı bağlatdırmaqdan vaz keçib.
Mənbə qeyd edir ki, icra başçısının iş adamlaırna topraq əməliyyatından 400 min manat atmasının üstünün açılmasından sonra bu söz söhbət böyüyüb. Artıq məəsləs prezident İlham Əliyevin yaxın ətrafına qədər gedib çıxıb. Yəni sahibkarlar Mirdamət Sadıqovun onlara yarım milyon vəsait atmasını və pullarını tələb etməyə başlayıblar.
Növbəti yazılarımızda bu suallara aydınlıq gətiriləcək.
- İcra başçısının torpaq əməliyyatına görə hansı nüfuzlu məmura şikayət olunub?
- Mirdamət Sadıqov iş adamlarını necə tora salıb?
- İsmayıllıdakı "kolxoz" bazarının sökülməsi üçün icra başçısı yeni bazarın sahiblərindən nə qədər hesab istəyib?
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024