Sosial (30-01-2014, 21:13)
İcra başçısı 10 milyon manata restoran alıb - Fotolar
Ağdamın icra başçısı Nizami Sadıqov paytaxıtın İzmir küçəsində yerləşən dəbdəbəli «İzmir» restoranının 10 milyon manata alıb
Ötən həftə Ağdam rayon icra başçısı Nizami Sadıqovun rayona ayrılan 38 milyon manat vəsaitin xərclənməsi ilə bağlı məlumat dərc etmişdik. Bildirmişdik 2013-cü ildə ölkə üzrə ən çox vəsait məhz Ağdam rayonuna ayrılımışdır. Ayrılan vəsaitlər isə yolların təmirinə, tikintisinə, bayraq meydanına, süni təpə tikintisinə, Quzanlı qəsəbəsinin hasarlanması, parkların, səkilərin abadlaşdırılması, qəsəbədə işıq sistemlərinin qurulmasına, yaşıllaşdırmaya, icra hakimiyyəti binasının təmirinə, icra nümayəndəlikləri binalarınin təmirinə və adını çəkmədiyimiz çoxsaylı lahiyyələrə xərclənib. Amma bu lahiyyələrin demək olar ki, hamısında maliyyə maxinasiyaları olub ki, bu qaranlıq əməliyyatlara birbaşa uzun illər hüquq mühafizə orqanlarında işləmiş icra başçısı Nizami Sadıqov rəhbərlik edib.
Ağdam rayonu son 3 ildə maliyyə sarıdan “bəxtinin” gətirdiyini iddia etsək, heçdə yanılmarıq. Çünki son 3 ildə ölkə üzrə ayrılan vəsaitlərdə Ağdam rayonu ölkə miqyasında ilk 5-likdə yer alıb. 2011-ci ildə Ağdama dövlət büdcəsindən 25 milyon manat, 2012-ci ildə 30 milyon manat vəsait ayrılıb. Məlumatlı mənbə bildirir ki, Ağdam rayonuna bu qədər vəsaitlərin ayrılması bir başa prezidentin istəyi ilə həyata keçib. Çünki prezident yarıdan çoxu erməni işğalı altında olan ən böyük məcburi köçkün rayonunun abadlaşdırırlmasına, vətəndaşların sosial problemlərinin aradan qaldırılmasına, sosial durumlarının yaxşılaşdırılmasına çalışır. Buna görədə məhz Ağdam rayonuna son 3 ildə üst üstə 100 milyon manata yaxın vəsait ayrılıb. Amma icra başçısı Nizami Sadıqov prezident tərəfindən rayonun qəsəbələrinin abadlaşdırılmasına, infrastrukturunun yenilənməsinə ayırdığı vəsaitlərin mənimsənilməsnə imkan yaradıb və bu yolla özünə böyük biznes sahələri yaradıb.
Bu barədə PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, büdcə pulları ilə özünə geniş biznes yaratsa da, yenə də öz biznesini böyütməklə məşğuldur və hazırda Nizami Sadıqov bahalı obyektlər alır. Məlumatda qeyd olunur ki, Ağdam rayonundakı bütün büdcə təşkilatları hər ay icra başçsının “hesabını” verirlər. Mənbə iddia edir ki, rayonun idarə, müəsissə və təşkilatlarından ay ərzində yığılan pullları hesablansa Nizami Sadıqovun il ərzində təxminən bir milyon manatdan çox vəsait yığdığı ortaya çıxar. Lakin bu hələ Nizami Sadıqovun illik gəlirinin ancaq bir hissəidir. Hər il müxtəlif layihələrin həyata keçirilməsi üçün ayrılan pulların bir hissəsi də qiymətlərin şişirdilməsi vasitəsi ilə, həmçinin avadanlıqların alınması adı altında mənimsənilir.
PİA.AZ apardığı araşdırma zamanı məlum olub ki, Ağdam rayon icra başçısı Nizami Sadıqov 2013-cü ildə Bakı şəhərində İzmir küçəsində yerləşən məşhur «İzmir» restoranını 10 milyon manata alıb. Bu məsələ ilə bağlı məlumat verən mənbə bildirir ki, adı çəkilən restoran təmir edildikdən sonra satışa çıxarılıb və Nizami Sadıqov da fürsəti əldən verməyərək həmin restoranı alıb. Qeyd edək ki, «İzmir» restoranı həqiqətəndə 10 milyon manata dəyər. Çünki restoran həm yerləşdiyə əraziyə görə, həmdə dəbdəbəli dizaynın və xidmətinə görə paytaxtın ən dəbdəbəli restoranları sırasında yer alır.
Mənbə bildirir ki, İcra başçısının aldığı İzmir restoranına nəzarəti Nizami Sadıqovun ən yaxın adamlarından biri həyata keçirir və başçı tez-tez adı çəkilən restorana gəlir.
Xatırladaq ki, «İzmir» restoranı Bakıda 2001-ci ildən fəaliyyət göstərir. Açıldığı gündən də paytaxtın ən təmtəraqlı və zərif dizayna malik restoranlarından biri hesab olunur. Restoranda Azərbaycan, Türkiyə və Avropa mətbəxindən ləziz yeməklər müştərilərə təqdim olunur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024