Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (25-10-2016, 23:14)
Əli İnsanovun ölkədən getməyi tələb olunur?

ali insanov-yeni“Azadlıqı müqabilində Əli İnsanovun qarşısına ölkəni tərk etmək tələbi qoyulması barədə məlumatım yoxdur”.

Mediatv.az xəbər verir ki, bu sözləri azadliq.info-ya sabiq səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev deyib.

Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin yaydığı məlumata görə, son aylarda hakimiyyət tərəfindən Əli İnsanovla bəzi məsələlərdə anlaşmaq üçün cəhdlər edilib. İqtidar onu azad edəcəyi halda ölkəni tərk etməsini tələb edib. Sabiq səhiyyə nazirinə hətta yaşayacağı ölkənin hökumət tərəfindən seçiildiyi də qeyd olunur. Həmin dövlətin Almaniya olduğu deyilir. Almaniyanın seçilməsinin təsadüf olmadığı vurğulanır. Belə ki, İnsanovun hazırda ailəsinin əksər üzvləri həyat yoldaşı başda olmaqla bu ölkədə yaşayır. Amma İnsanovun hakimiyyətlə bu məsələdə anlaşmadığı üçün həbsdə qaldığı söylənilir.

Əli İnsanov bütün məsələlərlə bağlı mövqeyini vəkili vasitəsilə ictimailəşdirib. Böyük ehtimalla Əli İnsanovun qarşısında belə bir tələb qoyulsaydı, sabiq nazir dərhal Toğrul Babayev vasitəsilə bu məsələni ictimailəşdirərdi. Hər halda Əli İnsanov tələbə etməyib. Etsəydi, məsələnin ictimailəşdirilməsi məqsədəuyğun sayılmazdı.

Toğrul Babayev sabiq nazirin ailə üzvlərinin də ölkəni tərk etmədiyini bildirib.

Xatırladaq ki, Əli İnsanovun oktyabrın 20-də 11 illik həbs cəzası başa çatıb. Ayın 11-də isə barəsində üç yeni cinayət maddəsi ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Əli İnsanov oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsinin çıxardığı qərarla bağlı apellyasiya şikayəti verib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024