Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (27-03-2014, 11:44)
Əli İnsanovun saxlanıldığı yer məlum deyil

Hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun saxlanma yeri məlum deyil

“Yeni Müsavat”a daxil olan məlumata görə sabiq nazirinin etirazlarına baxmayaraq onu martın 19-da saxlandığı Bakı İstintaq Təcridxanasından Bakının Binə qəsəbəsində yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüblər. Məlumatı dəqiqləşdirmək üçün Penitensiar Xidmətin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin Elçin adlı əməkdaşı bu haqda məlumat vermək səlahiyyətlərinin olmadığını bildirdi. Ə.İnsanovun vəkillərindən biri olan Toğrul Babayev bayram günlərində sabiq nazirlə görüşə bilmədiyini, bu səbəbdən onun köçürülüb-köçürülməməsi haqda məlumatsız olduğunu söylədi. 
Qeyd edək ki, T.Babayev bayram günlərindən öncə demişdi ki, qanuna görə müəvvəkili əvvəllər saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsinə, evinə yaxın əraziyə köçürülməlidir: “Əli İnsanov paytaxtın Binəqədi rayonunda, Cəfər Xəndan küçəsində qeydiyyatdadır. Qanunvericiliyə görə, məhkum qeydiyyatda olduğu yaşayış ünvanına yaxın cəzaçəkmə müəssisəsinə yerləşdirilməlidir. Buna görə də Penitensiar Xidmətin rəisinə məktubla müraciət edərək onlardan keçmiş nazirin qeydiyyatda olduğu yerə yaxın cəzaçəkmə müəssisələrindən birinə köçürülməsi xahiş edilib. Cavabında Əli İnsanovun Binədəki 2 saylı cəzaçəkmə müəssisəsinə yerləşdiriləcəyi bildirilib”. 
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024